Prezident İlham Əliyevin ailə üzvləri Roma Papası Fransisklə görüşüblər
Prezident İlham Əliyevin ailə üzvləri Roma Papası Fransisklə görüşüblər. Papa Fransisk Prezident İlham Əliyevin ailə üzvlərinə hədiyyələr təqdim etdi.
Daha sonra qarşılıqlı hədiyyələr təqdim olundu.
Roma Papası bildirdi ki, onun Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya təqdim etdiyi hədiyyələrdən biri rəsm əsəridir. Bu rəsm əsəri dünyada mərhəmət əməllərini nümayiş etdirir.
Prezident İlham Əliyev Roma Papasına Azərbaycan sənətkarlarının əl işlərindən ibarət hədiyyələr təqdim etdi.
Prezident İlham Əliyev dedi: "Azərbaycan xalçalar məkanıdır. Bu, bizim milli sənətimizdir. Bu, bizim xalça hədiyyəmizdir”.
Roma Papası Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya Meksikada hazırlanan və əl işi olan Tukan quşlu sini hədiyyə etdi. Sini Roma Papası Fransisk tərəfindən yazdırılmış həsretmə lövhəsi ilə bəzədilib.
Sonda xatirə şəkli çəkdirildi. (AzərTAc)
Miq.az