ABŞ prezidenti Quantanamo həbsxanasının bağlanması üçün əlindən gələni edəcəyini bildirib.
Vətəninfo.az-ın məlumatına görə, CNN kanalına müsahibəsi zamanı Barak Obama sözügedən həbsxananın terrorçuluğu təşviq etdiyini söyləyib. O, ABŞ-ın bu cəza müəssisəsinə milyonlarla dollar sərf etdiyini və bunun Amerika dəyərlərinə zidd olduğunu deyib.
Dünən ABŞ-ın Müdafiə Nazirliyi 4 əfqan məhbusun azad edildiyini bəyan edib.
Obama hakimiyyətə gələn zaman Quantanamoda 242 məhbus saxlanılırdı. Hazırda onların sayı 132 nəfərdir.
Məhbusların bir çoxu azadlığa buraxılmalıdır. Lakin vətənlərinə dönə bilmədikləri üçün onların sərbəst buraxılması yubadılır. Onların yarıdan çoxu yəmənlidir.
Quantanamo 2002-ci ildə "Əl-Qaidə"nin 11 sentyabr terror aksiyalarından sonra açılıb. İnsan hüquqları müdafiəçiləri dəfələrlə ABŞ-ı insanları ittihamsız və ağır dindirilmə şərtləri altında saxladığına görə tənqid edib.
Ramiz Mehdiyev harada dəfn olunacaq?
Ramiz Mehdiyevin ailə üzvləri haqda sensasiya – Sıra onlara çatır?
Nazirin yanına gedəsən, əliboş qayıdasan, bu biabırçılıqdır! – Deputat
Aqil Abbas Məclisdə coşdu: “Niyə bizə ev verilməməlidir?”
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
"Qardaşlığımıza dinamit qoymaq istəyənlər var" - Ərdoğan
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib