Latviya prezidenti Andris Berzinş ölkəsi adından Bakıda yanğın faciəsi zamanı dünyasını dəyişənlərlə bağlı Azərbaycana dərin hüznlə başsağlığı verib.
Bu barədə "BNS" prezidentin mətbuat xidmətinə istinadən xəbər yayıb.
Xəbərdə deyilir ki, Andris Berzinş ən dərin hüznlə ölənlərin ailələri və yaxınlarına başsağlığını bildirir və faciədə yaralananların tezliklə sağalmasını diləyir.
“Latviyanın qəlbi bu günlərdə Azərbaycanladır”- deyə Andris Berzinş bildirib.
Qeyd edək ki, mayın 19-da səhər saatlarında Binəqədi rayonunun Azadlıq prospektində yerləşən binada 16 mərtəbəli binanın fasadının alışması nəticəsində yanğın qısa zamanda bütün binanı əhatə edib.
Səhiyyə Nazirliyi açıqlama vermişdi ki, yanğın zamanı 14 nəfər ölüb, 54 nəfər isə yaralanıb. Son məlumatlara görə ölənlərin sayı 15 nəfərə çatıb.
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?