Prezidentdən Cəbrayıl Həsənova dəstək: “Onun döyüşünə hamımız baxmışıq”
Xəbər verdiyimiz kimi, dünən Prezident İlham Əliyev Rio olimpiadasında iştirak edən və qalib gələn idmançılarla görüşüb.
Görüş zamanı prezident olimpiadanın bürünc medalçısı sərbəst güləşçi Cəbrayıl Həsənova dəstək olub. Ölkə başçısı çıxışında idmançımızın haqsızlığa uğradığını bildirib: "Cəbrayıl Həsənovun döyüşünə hamımız baxmışıq. Hamımız bilirik ki, o, finalda yarışmalı idi. Ən azı onun gümüş medalı olmalı idi".
Xatırladaq ki, güləşçimiz Cəbrayıl Həsənov da rus idmançı ilə 1/4 görüşündə hakimin ədalətsizliyinə məruz qaldığını söyləmişdi.
Miq.az