Primadonna Elzanın şeirlərindən şikayət yazdı

Primadonna Elzanın şeirlərindən şikayət yazdı
Xalq artisti İlhamə Quliyeva əməkdar artist Elza Seyidcahanla bağlı Yazıçılar Birliyinə müraciət edib.   Axşam.az-ın məlumatına görə, müğənni bu haqda "Günə baxan” verilişinə açıqlamasında deyib:   "Elza Seyidcahan gözəl musiqiçidir. Müğənni deyil, oxumağı bərbaddır. Şeirləri isə fəlakətdir. Yazıçılar Birliyinə müraciət etmişəm, onla bağlı ölçü götürsünlər. Tərbiyəsiz şeirlər yazır. Mahnılarını yazıb versin, gənclər oxusunlar”.   Verilişin qonağı olan E.Seyidcahan İ.Quliyevanın təhqirlərinə belə cavab verib:   "Mən əməkdar artist adıma layiqəm. Özümə xahişlə ad verdirməmişəm. Vaxt olacaq "Şöhrət" ordeninə qədər yaxınlaşacam. Amma "Şöhrət ordenli şərəfsiz" olmayacam. Mənim dayım "Şöhrət" ordenli əməkdar məşqçi, idmançıdır. Ulu öndər özü onun sinəsinə medal taxıb. Heç vaxt onun adından istifadə etməmişəm”. 

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az