Problemli kreditlər silinir?
"Ölkənin ən böyük bankı olan
Azərbaycan Beynəlxalq Bankı nəhayət ki, özəlləşdirilir. Beynəlxalq Bank ölkənin bir nömrəli
bankıdır və onun bazar payı, təxminən 40%-ə yaxındır, dövlət bankı
olmaqla, sistem əhəmiyyətli bank hesab olunur. Ölkə üzrə kredit
qoyuluşlarının 1/3-i, depozit qoyuluşlarının isə 1/4-i Beynəlxalq Bankın
payına düşür".
Vətəninfo.az ANS PRESS-ə istinadla xəbər verir ki, İqtisadi Təşəbbüslərə Yardım Təşkilatının
əməkdaşı, iqtisadçı Samir Əliyev bildirib. Mütəxəssisin sözlərinə görə,
dövlətin bütün əsas vəsaitləri Beynəlxalq Bank və qismən də Kapital Bank
vasitəsi ilə reallaşdırılır. Mütəxəssis hesab edir ki, digər banklar
kənarda qalır və bu da rəqabət mühitini pozur. Mərkəzi Bankın
mərkəzləşdirilmiş kreditlərinin də əsas benefisiarı (xeyrinə ödəniş
edilmiş, gəlir, mənfəət, güzəştlə əlaqədar pul vəsaiti və s. əldə etmiş
şəxs, o cümlədən kreditor) bu bankdır:

Samir Əliyev - İqtisadi Təşəbbüslərə Yardım Təşkilatının əməkdaşı, iqtisadçı
"
Prezidentin son fərmanına əsasən, Beynəlxalq Banka məxsus problemli aktivlər mərhələli şəkildə likvid vəsait müqabilində dövlətə məxsus
"Aqrarkredit” QSC-nin idarəetməsinə veriləcək. "Aqrarkredit” QSC isə öz növbəsində
borclanmaya gedəcək, mərhələlərlə istiqraz emissiya edərək onları
qiymətli kağızlar bazarında yerləşdirəcək. Bu istiqrazlara dövlət
zəmanəti veriləcək, ancaq onun həcmi hər ilin dövlət büdcəsinin daxili
borclanma limiti nəzərə alınmaqla tənzimlənəcək. Buraxılmış istiqrazlar
uzunmüddətli və aşağı faizli (yəqin ki uçot dərəcəsi səviyyəsində olacaq
- illik 3%) olacaq.
Mərkəzi Bank həmin
istiqrazların satın alınmasını həyata keçirəcək. "Aqrarkredit” QSC istiqrazdan cəlb
etdiyi vəsaiti dövrü olaraq Beynəlxalq Banka ödəyəcək. Restrukturizasiya
və sağlamlaşdırılma tədbirləri başa çatdıqda Beynəlxalq Bankın
nizamnamə kapitalında dövlətə məxsus səhmlərin özəlləşdirilməsi üzrə
tədbirlər planını altı ay müddətində hazırlanıb prezidentə təqdim
ediləcək".
Samir Əliyevin fikrincə, Beynəlxalq Bankın çox böyük problemləri var.
Əsas problemlər vaxtı keçmiş və problemli kreditlər ilə bağlıdır: "Təkcə
Beynəlxalq Bankın problemli kreditlərinin həcmi bütün ölkə üzrə olan
digər problemli kreditlərin həcmindən daha çoxdur.
Bankdan
milyonlarla dəyərində kredit götürmüş ancaq geri qaytarmamış
müştərilərindən həbs yolu ilə borcların bir hissəsi geri alınsa da
aktivləri tam xilas etmək mümkün olmayıb. Geri qayıdan vəsaitlərin həcmi
barədə məlumatlar açıqlanmır, ona görə zərərli aktivlərin həcmi barədə
dəqiq məlumat yoxdur. Ancaq ehtimal etmək olar ki, "Aqrarkredit” QSC-nin
boynuna ən azı bir milyard manata yaxın zərərli aktiv yüklənəcək".
İqtisadçı hesab edir ki, Beynəlxalq Bankın özəlləşdirməyə çıxarılması
düzgün addımdır. Samir Əliyevin sözlərinə görə, indiki vəziyyətdə
özəlləşdirməyə çıxarılması onun dəyər-dəyməzə satılmasına, beynəlxalq
reytinqinin aşağı düşməsinə gətirib çıxara bilər: "Sağlamlaşmadan sonra
isə bankı normal qiymətə satmaq mümkündür. Həm də bankın indiki
vəziyyətdə satılması sektor üçün probemlər yarada bilərdi. Təbii ki,
əsas məsələ bankın kim tərəfindən alınması olacaq. Əks halda onun
özəlləşdirilməsi ciddi əhəmiyyət daşımayacaq", - deyə iqtisadçı əlavə
edib.