Ukraynada SOCAR brendi ilə daha bir yanacaqdoldurma məntəqəsi istifadəyə verilib.
Vətəninfo.az məlumat verir ki, APA-nın SOCAR-ın saytına istinadən verdiyi xəbərə görə, kompleks Kiyevin şimal girişində paytaxtın mərkəzinə gedən yolun üzərində-nəqliyyatın ən sıx olduğu yerdə açılıb.
YDM 4 yanacaqdoldurma qurğusu ilə təchiz olunub. Burada eyni zamanda səkkiz avtomobili yanacaqla təmin etmək imkanı var. Neft məhsullarının çeşidi А-95 Nano, А-98 Nano, Nano dizel yanacağı, həmçinin Aвро-5 ekostandartına uyğun A-95 и А-92 benzinlərindən ibarətdir. Müştərilərin rahatlığını təmin etmək məqsədilə YDM-də təkərlərin doldurulması, avtomobilin su təchizatı, wi-fi, mobil telefonların enerji təminatı kimi pulsuz xidmətlər göstərilir. Kompleksin ərazisində kafe və mağaza da var.
Ödəniş nağd, bank və yanacaq kartları, Level bonus kartları ilə həyata keçirilir. YDM SOCAR-ın yeni loqotipi ilə fəaliyyət göstərəcək. Şirkətin Ukraynadakı digər yanacaqdoldurma komplekslərinin də loqotipi dəyişdirilir.
Qeyd edək ki, Ukraynanın 27 yaşayış məntəqəsində SOCAR brendi ilə 53 YDM fəaliyyət göstərir. Şirkətin aktivləri Kiyev, Odessa, Lvov, Nikolayev, Roven, Çerkassı, Xarkov, Xmelnitski və Poltava vilayətlərində yerləşir. YDM-lərdə Polşa, Litva və Belarusun emal zavodlarında Avro-4, Avro-5 ekostandartlarına uyğun istehsal olunmuş neft məhsulları reallaşdırılır.
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib
İsrail necə hərbi avadanlığı bura daşıya bilər?! – Hikmət Hacıyev
"Türkiyədə Azərbaycan əleyhinə danışmazdan əvvəl iki dəfə düşünməlidirlər" - Deputatdan MESAJ
"AKP-də təmsil olunan bəzi deputatlar Çanaqqala döyüşünü heç vaxt unutmamalıdırlar" - Deputatdan MESAJ
Aqil Babayevin ailəsindən müraciət: “Səsimiz eşidilsin, müraciətimiz diqqətdən kənarda qalmasın və iş ədalətlə araşdırılsın”
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Aqil Babayevin ailəsindən müraciət: “Səsimiz eşidilsin, müraciətimiz diqqətdən kənarda qalmasın və iş ədalətlə araşdırılsın”
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib
"AKP-də təmsil olunan bəzi deputatlar Çanaqqala döyüşünü heç vaxt unutmamalıdırlar" - Deputatdan MESAJ
"Türkiyədə Azərbaycan əleyhinə danışmazdan əvvəl iki dəfə düşünməlidirlər" - Deputatdan MESAJ
Bakıda restoranda baş verən qətllə bağlı 11 nəfər həbs edildi