“Bank Technique”dən ittihamlarla bağlı açıqlama

“Bank Technique”dən ittihamlarla bağlı açıqlama
 "Bank Technique”in müəyyən çətinlikləri var, bunları aradan qaldırmaq üçün qüvvəmizi səfərbər edirik. Xərclərin optimallaşdırılması, bəzi strukturların minimallaşdırılm

ası və müştərilərə xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində bütün mümkün tədbirləri həyata keçiririk. Bankın dayanıqlı mövqeləri bu çətinliklərin öhdəsindən gəlməyə imkan verəcək, buna əminik. Necə ki, son üç il ərzində məcmu kapital əsaslı şəkildə yüksəldilib, 310 mln. manat vaxtı keçmiş kreditlərin 157 mln. manatın toplanmasına nail olunub".

Bu barədə "Bank Technique” ASC-nin son dövrdə Bank ətrafında səslənən fikirlərlə bağlı yaydığı bəyanatında bildirilir. 

"Müştəri vəsaitləri ilə bağlı, mövcud qanunvericiliyin tələblərinə əsasən tam məlumat verə bilməsək də, bununla belə, bəzi internet-portall arında yer alan yazılara aydınlıq gətirmək istəyirik. Adı çəkilən "Araş Medical” yüzlərlə müştərilərimizdə n biridir və həmin şirkətin hesabında yazılarda qeyd edilmiş vəsait olmayıb, hesabda olan vəsaitlərin isə hər hansı şəkildə batması təhlükəsi yoxdur. Bu həmçinin Bankda xidmət olunan digər müştərilərə də aiddir”, - deyə Bankdan bildirilib.

Qeyd edək ki, mətbuat orqanlarında Bankda vəziyyətin ağır olması və "Araş Medical” firmasının "Bank Technique”də 15 mln. manat vəsaitinin batması barədə xəbərlər yayılıb. Bankda yoxlamaların məhz "Araş Medical”ın hesabındakı pulların yoxa çıxmasından sonra intensivləşdiyi də yayılan xəbərlər arasında olub.

Həmçinin bildirilib ki, "Bank Technique”in bankomatları vasitəsilə nağdlaşdırmaya qoyulan limit də artıq aradan qaldırılıb.. Xatırladaq ki, plastik kart sahibləri gündəlik 200 manatdan çox pul çıxara bilmirdilər. Bu qayda bütün bank kartları üçün qüvvədə olub. Bununla belə, "Bank Technique”in müştəriləri plastik kartın verildiyi filiala yaxınlaşıb hesabda olan bütün məbləği nağdlaşdıra bilərdilər.

"Report"



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az