Putin Ərdoğana ZƏNG etdi- Referendum təbriki
Rusiya Prezidenti türkiyəli həmkarını referendumun müvəffəqiyyətlə başa çatması münasibətilə təbrik edib
Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı Konstitusiya dəyişiklikləri ilə bağlı aprelin 16-da keçirilən referendumun müvəffəqiyyətlə başa çatması münasibətilə təbrik edib.
Kremlin mətbuat xidmətinin yaydığı məlumatda bildirib ki, prezidentlər telefon danışığı zamanı, həmçinin Suriyada sabitliyin təmin olunması, Rusiya-Türkiyə münasibətlərinin gələcək inkişafına dair məsələləri müzakirə ediblər.
Miq.Az