Putin: "Mən elə azərbaycanlı və erməni tanıyıram ki, onlar..."
Putin Qarabağdan danışdı
"Qarabağ probleminin həllində hamıdan çox maraqlıyıq"
Rusiya prezidenti cəbhədə baş verən hadisələrdən təəssüflənib.
Bu gün canlı yayımda suallara cavab verən Rusiya prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişəsindən də danışıb. Miq.az ans press-in məlumatına istinadən bildirir ki, bu, çox həssas mövzudur. "Siz Dağlıq Qarabağ münaqişəsinin həllində hansı perspektivləri görüsünüz?" sualına cavab verib.
"Bu, çox həssas məsələdir. Çox ehtiyatla yanaşmalıyıq - həkim kimi. Bu münaqişənin tarixi böyükdür. Sadəcə dondurulmuş vəziyyətdə idi. Təəssüf ki, cəbhədə belə hadisə baş verdi. Biz hər şey edəcəyik ki, münaqişənin həllində hər iki tərəfin qəbul edə biləcəyi yolu tapaq. Burada məsələnin uzunmüddətli həlli lazımdır. Kompromiss əldə edilməlidir, həm də ancaq siyasi vasitələrlə.
Bir neçə il əvvəl mənə elə gəlirdi ki, biz kompromisi əldə etmişdik. Amma təəssüf ki, bu, belə olmadı. Biz münaqişənin həlli üçün həm beynəlxalq strukturlar çərçivəsində işləməyə, həm də ikitərəfli şəkildə əməkdaşlığa davam edəcəyik".
Putin qeyd edib ki, Rusiya Azərbaycan və Ermənistanla dostluq əlaqələrinə malik olduğundan məsələnin həllində maraqlıdır. "Kimin nə deməyindən asılı olmayaraq biz bu məsələnin həllində hamıdan çox maraqlıyıq. Çünki biz həm Azərbaycan, həm də Ermənistanla tam şəkildə çalışmaq istəyirik".
O deyib ki, ölkəsində çox sayda həm azərbaycanlı, həm də erməni yaşayır. Onların sayı milyonlarla ölçülür. "Mən elə azərbaycanlı və erməni tanıyıram ki, onlar konfliktə, hadisələrə baxmayaraq, hələ də yaxşı əlaqələrə sahibdirlər. Düşünürəm ki, bu, yaxşıdır. Rusiya səylərini davam etdirəcək. Amma son nəticə Azərbaycan və erməni xalqlarından asılı olacaq".
Miq.az