Rusiya prezidenti Vladimir Putin “Normand dördlüyü” formatında Fransua Olland (Fransa), Angela Merkel (Almaniya) və Pyotr Poroşenko (Ukrayna) ilə telefonla danışıqlar aparıb.
APA-nın Rusiyanın “1-ci kanalı”na istinadən verdiyi məlumata görə, Rusiya, Fransa, Almaniya və Ukrayna liderləri Ukraynanın Donbas regionundakı münaqişənin nizamlanmasına dair fikir mübadiləsi aparıblar.
Tərəflər Minskdə təmas qrupunun yeni görüşünün mümkün qədər tez baş tutmasının zəruriliyini qeyd ediblər. Həmçinin bildirilib ki, dekabrın 19-da Donetsk separatçıları ilə Kiyev nümayəndələrinin “Skype” konfransı faktiki nəticələr verməsə də, bu istiqamətdə işlərin sürətlənməsinə kömək edib.
Dövlət başçıları tərəflərin sərhəd xətlərinin müəyyənləşdirilməsi, ağır texnikanın geri çəkilməsi, əsirlərin mübadiləsi və zərərçəkmiş regionlarda əhaliyə humanitar yardımın göstərilməsi kimi məsələlərə dair fikir mübadiləsi aparıblar.
Ramiz Mehdiyev harada dəfn olunacaq?
Ramiz Mehdiyevin ailə üzvləri haqda sensasiya – Sıra onlara çatır?
Nazirin yanına gedəsən, əliboş qayıdasan, bu biabırçılıqdır! – Deputat
Aqil Abbas Məclisdə coşdu: “Niyə bizə ev verilməməlidir?”
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
"Qardaşlığımıza dinamit qoymaq istəyənlər var" - Ərdoğan
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib