"Putin rejimi devrilə bilər" - General


Rusiyada Putin rejiminin devrilməsi Ukraynaya təcavüzə görə qlobal sanksiyalar səbəbindən tamamilə mümkündür.

"Unikal" xəbər verir ki, bu fikri ABŞ ordusunun Avropadakı keçmiş komandanı general Ben Hodges deyib. 

Onun sözlərinə görə, Putinin ətrafı çətin ki, daha çox itirmək istəsin: "Düşünürəm ki, bu mümkündür. Düşünmürəm ki, Putinin ətrafındakı insanlar intihar etmək və ya onsuz da itirdiklərini itirmək istəyirlər. Rus ailələrini oğullarını hərbi qeydiyyata və hərbi xidmətə göndərməkdən çəkindirmək üçün diqqətlə və hərtərəfli işləmək lazımdır.

Bir gün əvvəl Hodges rusların artıq hücumu davam etdirə bilməyəcəkləri nöqtəyə yaxınlaşdıqlarını, lakin qarşıdakı 10 gün ərzində Qərbin təzyiqinə məruz qalacaqlarını deyib. 

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az