Putin: "Ukrayna bizi məğlub etmək istəyir"
"Ukrayna bizi məğlub etmək istəyir. Amma bilməlidirlər ki, Rusiya Ukraynada hələlik ciddi heç nəyə başlamayıb”.
Miq.Az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasının rəhbərliyi və fraksiya liderləri ilə görüşdə deyib.
"Hamı bilməlidir ki, biz, ümumiyyətlə, hələ heç nəyə başlamamışıq", - Rusiya lideri əlavə edib.
Eyni zamanda, Prezident qeyd edib ki, Rusiya sülh danışıqlarından imtina etmir, lakin nə qədər uzağa getsə, danışıqlar bir o qədər çətin olacaq.
"Bu gün eşidirik ki, onlar bizi döyüş meydanında məğlub etmək istəyirlər. Qoy cəhd etsinlər", - Putin Qərbin Rusiya üzərində hərbi qələbəsi barədə bəyanatına cavab olaraq bildirib.
Miq.Az