"Putin və Zelenski ilə danışıqlarda müsbət irəliləyişlər var" - Ərdoğan
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna həmkarları Vladimir Putin, Volodimir Zelenski ilə telefon danışıqlarının müsbət istiqamətdə inkişaf etdiyini bildirib.
Miq.Az-ın məlumatına görə, bu barədə Türkiyə prezidenti ölkənin Nazirlər Kabinetinin iclasından sonra çıxışında deyib.
Türkiyə dövlət başçısı onu da bildirib ki, sabah İstanbulda keçirilməsi planlaşdırılan Rusiya-Ukrayna danışıqlarından əvvəl Türkiyə tərəfi nümayəndə heyətlərinin üzvləri ilə qısa görüş keçirəcək.
Miq.Az