"Putinə dediyim sözlərə görə üzr istəməyəcəyəm” - Prezident


ABŞ prezidenti Co Baydenin Polşaya səfəri zamanı Rusiya prezidenti Vladimir Putin haqqında "Bu adam hakimiyyətdə qalmamalıdır” sözləri Amerika mətbuatında müzakirə obyektinə çevrilib.

Miq.Az xəbər verir ki, Ağ Ev Baydenin bəyanatından qısa müddət sonra açıqlama yayaraq bunun Rusiyada rejim dəyişikliyinə çağırış olmadığını bildirib.

Co Bayden özü isə bu mövzuda geri addım atmadığını bəyan edib: "Putinin vəhşi hərəkətlərinə qəzəbimi bildirirdim. Bu açıqlamanı ukraynalı ailələrlə görüşdükdən qısa müddət sonra verdim. Burada hər hansı siyasət dəyişikliyi ilə bağlı danışmırdım. Həmçinin bu sözlərə görə üzr istəməyəcəyəm”.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az