Qabardin-Balkarda xüsusi əməliyyat

Qabardin-Balkarda xüsusi əməliyyat
Rusiya Federasiyası Qabardin-Balkar Respublikasında xüsusi əməliyyat zamanı polis əməkdaşlarının qətli ilə əlaqəli hesab edilən üç silahlı öldürülüb.

RİA Novosti-nin verdiyi xəbərə görə, bu barədə Milli Antiterror Komitəsinin məlumatında bildirilir. Məlumata görə, öldürülənlər arasında qruplaşmanın başçısı da var.

Antiterror əməliyyatı rejimi respublikanın Çegem rayonu ərazisində tətbiq edilib. Yanikoy yaşayış məntəqəsi yaxınlığında aşkarlanan silahlılar xüsusi təyinatlılara atəş açıblar. Cavab atəşi ilə silahlılar məhv edilib.(APA)

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az