Bu məsələyə əsas mane olan tərəf İrandır. Rusiya bu məsələlərdə əvvəllər sanki razılığa gəlmişdi. Son zamanlar isə Rusiya Xəzərin hüquqi statusu məsələsini bu bölgədəki arqumentlərindən birinə çevirib. Bu sözləri “Veteninfo.az”a politoloq Qabil Hüseynli Xəzərin hüquqi statusu məsələsinin həllinin gecikdirilməsinə münasibət bildirirkən qeyd edib. Onun sözlərinə görə, Rusiya buna birinci müqavilədə öz razılığını versə də, hazırda Xəzərin ekologiyası məsələsini problem olaraq qaldırır. Və göstərir ki, beş dövlətin icazəsi olmadan ekoloji problemlər yarada biləcək məsələləri yalnız bu ölkələrin razılığı əsasında həyata keçirmək olar.
Rusiyanın mövqe dəyişikliyinə əsas səbəbin ilk növbədə Türkmənistan qazının Avropaya ötürəcək Transxəzərqaz boru kəmərinin çəkilişi ilə əlaqədar olduğunu vurğulayan politoloq qeyd etdi ki, Avropa İttifaqı bu məsələdə Türkmənistanı dəstəkləyir. “Ruslar cin atına minib. Həm özləri bu məsələyə açıq sürətdə müdaxilə edirlər, bir tərəfdən də Lavrovun səfəri zamanı bu özünü açıq şəkildə büruzə verdi. İrəliləyiş yoxdur, üstəlik bu məsələni mürəkkəbləşdirəcək yeni məqamlar ortaya çıxıb".
Qabil Hüseynli onu da bildirdi ki, İran ümumiyətlə, Xəzərin statusunun bölünməsi və hər dövlətə nə qədər sahənin düşməsi haqqında tamamilə absurd bir ideya yayıb. İran göstərir ki, Xəzərin suları beş dövlət arasında hamıya 20 faiz olmaqla bərabər sürətdə bölünmür.
Ramilə
Çingiz Abdullayevdən Polad Bülbüloğluna dəstək — FOTO
Aqrar sektoru və kadr potensialını birləşdirən məkan – Dövlət Aqrar Universiteti
Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki "qələbəsidiir"-ŞİKAYƏTÇİ
“Həcərin, Nigarın, Əslinin bu xalqa heç bir dəxli yoxdur, üçü də…” – Cəlaloğludan şok
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ