Qabil Rzayev: ”Xocalı faciəsinin tanınması əsas fəaliyyət istiqamətimizdən biridir”

Qabil Rzayev: ”Xocalı faciəsinin tanınması əsas fəaliyyət istiqamətimizdən biridir”

İsveçrədə fəaliyyət göstərən Haqq və Ədalət Uğrunda Beynəlxalq Təşkilatın sədri, tanınmış diaspor fəalı Qabil Rzayevin "Vətəninfo.az"a müsahibəsi:

- Qabil bəy, ilk öncə oxucularımıza özünüzü təqdim edəsiniz və sizi necə tanıya bilərik?

- Mən 1972-ci ildə hal-hazırda düşmən işğalında olan Qubadlı rayonu Aşağı Molla kəndinə anadan olmuşam. 1986-88-ci illərdə Bakı şəhərində fizika-riyaziyyat təmayüllü internat məktəbini bitirmişəm. 1988-ci ildə indiki İqtisadiyyat Universitetininə daxil olmuşam. 1990-94-cü illərdə əsgərliyimi daxil XTPD-nin(OMON) sıralarında Qarabağ xidmət etmişəm. 1996-ci ildən 2003-cü ilin sonuna qədər XTPD-nin hüquqlarını müdafiə komitəsinin sədri olmuşam və eyni zamanda siyasi fəaliyyətlə məşğul olmuşam. 2003-cü ildə keçirilən prezident seçkilərindən sonra mənə qarşı bugünkü iqtidarın həyata keçirmək istədiyi ölüm təhdidləri nəticəsində vətənimi tərk edərək İsveçrə dövlətinə sığındım. O zamandan bəri ailəmlə birlikdə burada yaşayıram. İsveçrədə yaşadığım müddətdə öncə dil məktəbinə daxil olub, oradan tərcüməçi diplomuna sahib oldum və bundan sonra 2007-2009-cu illərdə Dövlət Universitetinin iqtisadiyyat fakültəsinə də oxuyub, iqtisadiyyat sahəsində Avropa təhsili aldım.

Mən özümü həyatında iki dəfə qaçqınlıq həyatı yaşamışam, minlərcə soydaşlarım kimi həyatını vətənin, millətinin gələcəyi üçün fəda etmiş və bundan sonra da qələbə gününə qədər mübarizəsini davam etdirməkdə qərarlı bir vətən fədaisi olaraq görürəm.

- Haqq və Ədalət Təşkilatı hansı zərurətdən yaranıb və qurum fəaliyyət istiqamətində əsasən hansı siyasi-ideoloji prinsipləri əsas tutub?

- Haqq və Ədalət Təşkilatı Azərbaycan dövlətçiliyini və xalqını 20 ildir işğal altında saxlayan və 20 faiz torpaqlarımızın hələ də işğal altında qalmasında bir nömrəli faktor rolunu oynayan bugünkü iqtidara qarşı indiyə qədər aparılmamış səmərəli bir mübarizə apararaq ölkəmizdə demokratiyanın və sosial rifahın yaranmasına nail olmaq və onu dünyanın inkişaf etmiş ölkələri səviyyəsinə çıxartmaq zərurətindən yaranmışdı. Təşkilatlarımızın siyasi-ideoloji istiqamətini böyük öndərimiz Məhəmməd Əmin Rəsulzadənin ortaya qoyduğu şanlı bayrağımızdakı üç rəngdə öz ifadəsini tapıb. Bilməyənlər üçün bunu biraz da açıqlamaq istəyirəm: yaşıl yarpaqlar altına atılmış dini dəyərlərimizi özünə qovuşdurmaq, mavi ayaqlar altına atılmış milli dəyərlərimizi özünə qovuşdurmaq, qırmızı ayaqlar altına atılmış demokratik və müasirlik dəyərlərimizi xilas etmək.

- Avropada fəaliyyət göstərən yerli Azərbaycan-türk diaspor qurumları əməkdaşlıq hansı səviyyədədir?

-Azərbaycanda azər kökənli dediyiniz diaspor qurumları kimlərdir ki? Burada yalnız Azərbaycan səfirlikləri mövcuddur və bir də həmin səfirliklərin bəzi Avropa ölkələrində dəstəklədiyi mövcud iqtidarın müdafiə edən saxta bir necə dərnəklərlər fəaliyyət göstərir.

Bu dərnəklər Azərbaycanda gələn Diaspora Departamentinin bir necə nümayəndəlikləri birlikdə ara-sıra çox az saylı azərbaycanlıların iştirakıyla toplantılar keçirib və daha sonra həmin toplantıları sanki mütəmadi və çox Avropa ölkələrində düzənlədikləri görüntüsü verirlər. Bu dırnaqarası fəaliyyətlərindən nə buradakı Azərbaycan xalqının əsas qismini, nə də yerli Avropa ictimaiyyətinin xəbərləri olmur. Uzun sözün qısası ortada yalançı br diaspora fəaliyyəti və birdə bu yalançı fəaliyyətlər üçün sərf olunan xalqımızın milyonlarca pullarından söz gedir.

Amma Haqq və Ədalət Hərəkatı yarandığı ilk gündən etibarən ilk öncə nüfuzlu beynəlxalq təşkilatlara həqiqi üzv olmaq üçün hərəkətə keçdi.

Bu fəaliyyət nəticəsində Avropada və Amerikada mövcud olan bir çox QHT-lər birliklərinə üzv olduq. Beynəlxalq Avropa Hərəkatına üzv olmaq üçün baş vurduq və ilk müsbət cavabımızı da aldıq, Avropada hansı ölkələrdə təşkilatımız varsa həmin ölkələrin parlament qruplarıyla əlaqələr yaradırıq, Avropa Parlamenti və Avropa Şurası ilə birlikdə fəaliyyət proqramları hazırladıq, hər bir Avropa ölkəsində bütün diplomatik dairələrlə əlaqələr qururuq. Hər bir qurduğumuz əlaqələrdə Qarabağ və Xocalı soyqırımını ön plana çəkmək əsas prioritet xəttimizdir. Əlaqədə olduğumuz əksər təşkilatlar Qarabağ və Xocalı faciəmizlə bağlı ilk kəs bu qədər ətraflı və dolğun məlumatlar aldıqlarını söylədilər. Yuxarıda söylədiyim və söyləmədiyim bütün fəaliyyətlərimizi biz öz şəxsi vəsaitimiz hesabına gerçəkləşdiririk. Bu cavabımla Siz çox açıq görə bilərsiniz ki, yeni yaranmış Haqq və Ədalət Hərəkatının diaspor fəaliyyəti iqtidarın diaspor fəaliyyətindən çox-çox səmərəli və birlik bərabərliyimiz üçün faydalıdır.

Hərəkatımız azərbaycanlı diaspor fəaliyyətində təmsil edən tək bir beynəlxalq səviyyəli təşkilatdır ki, Avropada mövcud olan əksər türk diaspor qurumları ilə ortaq fəaliyyət anlaşması içindədir.

- Avropada Azərbaycan diasporunu gücləndirmək üçün hansı təklifləriniz var?

- Bu istiqamətdə bizim çoxşaxəli proqramımız mövcuddur və əsasən də bu proqramımızı iki istiqamətə ayırmışıq. Birinci Qarabağ və onun ətrafındakı işğal olunmuş torpaqlarımız və bu torpaqlardan zorla qovulmuş 1,5 milyon soydaşımızın faciəsini dünya ictimaiyyətinə çatdırmaq, xüsusilə, Xocalı faciəsinin tanınması əsas fəaliyyət istiqamətimizdir. Sonra isə indiki iqtidarı yürütdüyü siyasəti tənqid etməkdədir.

Bu proqramı həyata keçirmək üçün öncə sürətli təşkilatlanmamızı tamamlamaq, bununla paralel tək bütün görüşlərdən, konfranslara qədər arxasında böyük bir beynəxalq, forum və bunun arxasınca Avropanın hər bir ölkəsində yerli xalqların duyarlı kəsimlərini yanımıza alaraq böyük mitinqlər təşkil etməkdir.

- Azərbaycandakı siyasi proseslərini izləyən bir şəxs kimi, bu gün bəzi ekspertlər İslam fundamentalizimin artdığını qeyd edirlər. Xüsusilə, bu məsələdə İranın böyük təsir etdiyini bildirirlər. Səslənən fikirlərlə razılaşırsınızmı?

- Kəskinlə belə bir faktor Avropada müşahidə edilməməkdədir. Bu faktor önə çıxardanlar kəskinlə xalqımıza zülm verən, yolsuz edən, rüşvərxorluq, yerlibazlıq, milli və dini dəyərlərimizi və demokratiyanı düşmən olan iqtidar və adları biz məlum olan güc mərkəzlərinin uydurduğu fərziyyələrdir.

- Son günlər İran-Azərbaycan münasibətlərinin gərginləşməsi fonunda əsasən hansı tərəfi günahlandırırsınız?

- Bu gərginlik Azərbaycan xalqı və dövlətiylə İran arasında baş verən gərginlik kimi göstərilir. Əslində bu Azərbaycanı uzun illərdir işğal altında saxlayan mövcud iqtidarla və İran arasında olan bir gərginlikdir. Bu gərginliyin ssenarisi Azərbaycan iqtidarına yuxarıda qeyd etdiyim bugünkü iqtidarı himayə edən həmin çirkin beynəlxalq güc mərkəzləri yazıb. Biz Haqq və Ədalət Təşkilatı olaraq İranın uzun illərdir etdiyi diplomatik yanlışları da bilməkdəyik.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az