Azərbaycanlı qadınları Türkiyədə cinsi istismara məruz qoymaqda təqsirli bilinərək həbs edilən bacılar - Fatma Dadaşzadə və Xatirə Fərzəliyeva birinci instansiya məhkəməsinin qərarından apelyasiya şikayəti veriblər.
Vətəninfo.az-ın Lent.az-a istinadla məlumatına görə, bacılar Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə razılaşmayaraq, hökmün dəyişdirilməsini tələb edirlər.
Şikayətə yaxın günlərdə Bakı Apelyasiya Məhkəməsində baxılacaq.
Qeyd edək ki, təqsirləndirilən şəxslərin barəsində keçən il yanvarın 8-də cinayət işi başlanıb. Cinayət işinin istintaqını İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi aparıb.
İdarə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Fatma Dadaşzadə və Xatirə Fərzəliyeva cinayət məsuliyyətinə cəlb edilib. İstintaq zamanı onların bir qrup şəxslə cinayət əlaqəsinə girərək cinsi istismar məqsədilə Azərbaycan vətəndaşları olan qadınları Türkiyə Respublikasına aparması faktı aşkar olunub. İstintaq dövründə təqsirləndirilən şəxslərin barəsində həbs qəti imkan tədbiri seçilməyib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə F. Dadaşzadə və Xatirə Fərzəliyeva 8 il müddətinə azadlıqdan məhrum edilib. Onlar məhkəmə zalındaca həbs ediliblər.
“ƏSASSIZ BAHALAŞMA GENİŞ YAYILIB, QARŞISI ALINMALIDIR” - “Dövlət müdaxilə etməsə, qiymətlər artmaqda davam edəcək”
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Novella Cəfəroğlu: “Yağış yağanda şəhəri su basırsa, dövlət qurumları millətin qarşısında cavab verməlidirlər”
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto
General Natiq Əliyevin qızı saxlanıldı
Hərbçilərə mənzil əvəzinə pul verilsin, polislərin maaşı artırılsın – Qüdrət Həsənquliyev
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT
Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT