“Qalatasaray” şəhidimizlə bağlı paylaşım etdi
Türkiyənin "Qalatasaray” klubunun Vətən müharibəsində şəhid olan Fərid Dursunovu yad edib.
Miq.Az-ın məlumatına görə, İstanbul təmsilçisi rəsmi feysbuk səhifəsində bununla bağlı paylaşım edib.
Paylaşımda "Qalatasaray” azarkeşi olan Dursunov, həmçinin digər şəhidlərimizə Allahdan rəhmət diləyib: "Şəhid olsam məzarıma Azərbaycan bayrağı ilə birlikdə "Qalatasaray” bayrağını asın” deyə vəsiyyət edən və vəsiyyəti yerinə yetirilən şəhid Fərid Dursunovla birlikdə bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik”.
Miq.Az