Günel Novruzlu
Qısa arayış :
Günel Novruzlu 1994-cü ildə Bakı şəhərində ziyalı ailəsində doğulub. Bakı şəhərində yerləşən 189 saylı orta məktəbdə təhsil alıb. Məktəbi bitirdikdən sonra Azərbaycan Memarlıq və İnşaat Universitetinə daxil olub. Hal-hazırda həmin Universitetin ikinci kurs tələbəsidir. Arzusu mühəndis-kadastr olmaq olsa da, hələ uşaqlıqdan ədəbiyyata xüsusi maraq göstərir. Hərdən özü də şerlər yazır. İlk şerləri orta məktəbdə oxuyarkən mətbuatda dərc olunub. “Vətəninfo” şerlərində saflığı, ülvi hisləri tərənüm edən, yalanı, xəyanəti bağışlamayan bu gənc yazara yaradıcılıq uğurları diləməklə onun iki şeirini oxüculara təqdim edir :
X a t i r ə
Həftələr dolanır, zaman yetisir,
Hər sey öz-özünə yaman dəyişir.
Zaman yaraları sağaldır bir-bir,
Amma bəzi şeylər dəyişmək bilmir.
Həftələr dolanır, ötüşür illər
Özümüz bilmədən boş keçir günlər.
Dikirik taleyə biz gözümüzü
Qınaya bilmirik heç özümüzü.
Bu nədir, taleyin bir oyunudur?.,
Bəlkə bu, həyatın bir qanunudur?..
Bilmirəm nə deyim, nə cavab verim
Bəlkə qəlbimdəkiləri açıb söyləyim?
Yox, yaxşısı budur heç dillənməyim
Susaraq heç nəyə cavab verməyim.
Cünki çox qorxuram cavab verməkdən
Qəlbimin sirrini açıb deməkdən.
Qorxuram ki, birdən cavab verərəm
Nə düşündüyümü birdən deyərəm,
Köhnə arzularım bir də oyanar
Ötən xatirələr yenə qayıdar.
Gələrəm onlarla yenə üz-üzə
Qalıb xatirələrlə bir də göz-gözə
Çox acız qalaram, söz də tapmaram...
O dünyada tək mən olum...
Hər zaman səni anardım,
Heç bezməz, heç yorulmazdım...
Mənliyinə inanardım,
Səni ləyaqətli sanardım.
Heç ağlıma gətirməzdim
Sənin zalım olmağını,
İNSANLIQdan uzaqlaşan
Vicdanının susmağını !
Zaman gəlib ötdü belə,
Hisslərimdə, düşüncəmdə
Çox heyif ki, mən yanıldım,
Acizləşdim və aldandım...
Qərar verdim uzaq durum,
Bu aldanış, yanlışlıqdan...
Yeni, dürüst dünya qurum
O dünyada tək mən olum...