Qalmaqallı liseyin direktoru işdən çıxarıldı

Qalmaqallı liseyin direktoru işdən çıxarıldı

Bakı Məktəb Lisey Kompleksinin (200 və 43 saylı məktəb) direktoru dəyişib.

Miq.Az APA-ya istinadən xəbər verir ki, təhsil kompleksinin direktoru Qafar Hüseynov işdən azad olunub, onun yerinə Fuad Babayev təyin edilib. F.Babayev buna qədər Bakının Xətai rayonundakı 95 saylı məktəbin direktoru olub.

Qeyd edək ki, bir müddət əvvəl Məktəb Lisey Kompleksinin direktoru Qafar Hüseynovun vəzifəsindən azad olunması barədə məlumatlar yayılmışdı. Məktəbin bir qrup müəllimi və orada təhsil alan şagirdlərin valideynləri bununla bağlı etiraz aksiyası keçirmişdilər. Bakı Şəhəri üzrə Təhsil İdarəsi Q. Hüseynovun səhhəti ilə bağlı işə çıxmadığını açıqlamışdı.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az