Qanun dəyişir: 8 min manat müavinət kimlərə veriləcək?

Qanun dəyişir: 8 min manat müavinət kimlərə veriləcək?


Azərbaycanda yeni müvainətin verilməsinə başlanılacaq. Belə ki, "Dövlət qulluğu haqqında” qanuna təklif edilən dəyişikliklərə əsasən, bir sıra hallarda vətəndaşlara yeni birdəfəlik müavinətin verilməsi nəzərdə tutulur.

Miq.az xəbər verir ki, bu sözləri iqtisadçı alim, deputat Vüqar Bayramov öz sosial media hesabında yazıb.

"Qanuna əsasən, dövlət qulluqçusu vəfat etdikdə, habelə məhkəmə tərəfindən xəbərsiz itkin düşmüş hesab edildikdə və ya ölmüş elan edildikdə dövlət qulluğuna xitam verilə bilər. Bu əsasla dövlət qulluğuna xitam verildikdə dövlət qulluqçusunun varislərinə orta aylıq dövlət məvacibinin dörd misli miqdarında müavinət ödəniləcək.

2024-cü ilin yekunlarına əsasən, dövlət qulluqçularının sayı 27,4 min nəfərdir və onların orta aylıq nominal məvacibi təxminən iki min manatdır. Bu o deməkdir, yeni müavinətin məbləği orta hesabla 8 min manat olacaq. Bu müavinətin təyinatında məqsəd vətəndaşlarımızın sosial təmminatını daha da gücləndirmək və dövlət qulluqçularının ailələri üçün sosial müdafiə imkanlarını genişləndirməkdir”, - millət vəkili qeyd edib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az