Vətəninfo.az xəbər verir ki, UEFA avrokuboklarda iştirak edən klublara əlavə pul verəcək. ANS PRESS-in məlumatına görə, bu barədə qurumun İcraiyyə Komitəsinin dünən keçirilən iclasında qərar qəbul edilib. Qərara əsasən "Maliyyə Fair-Play"ına görə klublara verilən cəzalardan toplanan vəsaitin 80 faizi Çempionlar Liqası və Avropa Liqasının qrup mərhələsində iştirak edən klublar arasında bərabər şəkildə bölünəcək. Bu zaman "Maliyyə Fair-Play"ına görə cəzalanmış klublara pay düşməyəcək. Bu il eyni səbəbdən klublar 24 milyon avro cərimə edilib. Avrokubokların qrup mərhələsində iştirak edən 80 klubdan 7-si cəza aldığından cərimələrdən pay ala bilməyəcək. Qalan 73 klub isə 24 milyon avronun 80 faizini - 19 milyon 200 min avroya sahib çıxacaq. Hər klub təxminən 263 min avro alacaq. Onların arasında Avropa Liqasının qrup mərhələsində iştirak edən "Qarabağ" da var. Ağdam klubu indiyədək "Maliyyə Fair-Play"ına görə cəzalanmayıb. Qalan 20 faiz - 4 milyon 800 min avro isə avrokuboklarda mübarizəni dayandırmış klublara veriləcək. 155 klub arasında bölünəcək bu məbləğdən hər birinə təxminən 30 min avro düşəcək.
Vətəninfo.az
Ramiz Mehdiyev harada dəfn olunacaq?
Ramiz Mehdiyevin ailə üzvləri haqda sensasiya – Sıra onlara çatır?
Nazirin yanına gedəsən, əliboş qayıdasan, bu biabırçılıqdır! – Deputat
Aqil Abbas Məclisdə coşdu: “Niyə bizə ev verilməməlidir?”
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
"Qardaşlığımıza dinamit qoymaq istəyənlər var" - Ərdoğan
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib