Qarabağ qazisi üsyan etdi: "İşğal altında olan şou biznesimizdir ya torpaqlarımız?"- VİDEO

Qarabağ qazisi üsyan etdi:

Qarabağ qazisi Kamil Musəvi maraqlı video paylaşıb.
Miq.Az xəbər verir ki, qazimiz telekanallardakı vəziyyəti təhlil edib. O, həmin videoçarxda:  ” Nə vaxt televiziyanı açıram şou proqramlar, nə vaxt televiziyanı açırıq şou verilişlər. Başa düşə bilmirəm bizim işğalda olan şou-biznesimizdir ya torpaqlarımız. Mən bunu kiməsə irad tutmaq üçün demirəm. Bunu ürək ağrısı ilə deyirəm. Bunu bizim gənclərimiz izləyir. Bunu bizim cəmiyyətimiz izləyir. Bizim bu gün bir şeyə ehtiyacımız var. Oda vətənpərvərlikdir. Vətənpərvərlik təbliğ olunmalıdır.Vətənpərvərlik bu cəmiyyətə çatdırılmalıdır. Gənc nəsil vətənpərvər ruhda böyüdülməlidir” fikirlərini səsləndirib.
Qazimizin səmimi və onu narahat edən məsələlərin əks olunduğu videoçarxı sizlərər təqdim edirik:
[video=http:// ]
Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az