Vətəninfo.az xəbər verir ki, bu gün Avropa Liqasında yeni mövsümə start veriləcək. Apasport.az saytının məlumatına görə, yarışın təsnifat mərhələsinin ardından qitənin ikinci dərəcəli klub turnirinin əsas hissəsi başlayacaq. 48 komandanın 12 qrupda mübarizə aparacağı yarış isə Bakıda start götürəcək. Tofiq Bəhramov adına Respublika stadionunda ölkəmizi sözügedən turnirdə təmsil edən “Qarabağ” ilk görüşünü keçirəcək. Ağdam klubu Fransa “Sent-Etyen”ini sınağa çəkəcək. Şotlandiyalı hakimlərin idarə etdiyi görüş saat 21:00-da start verəcək. Qeyd edək ki, F qrupunda İtaliya “İnter”i səfərdə Ukrayna “Dnepr”i ilə mübarizə aparacaq.
Avropa Liqası
F qrupu
I tur
18 sentyabr
21:00. “Qarabağ” (Azərbaycan) – “Sent Etyen” (Fransa)
Baş hakim: Steven Maklin
Baş hakimin köməkçiləri: Qavin Harris, Fransis Konnor
Dördüncü hakim: Alasdair Ross
Əlavə köməkçi hakimlər: Brayan Kolvin, Endryu Dallas (hamısı Şotlandiya)
Hakim-inspektor: Qilfi Tor Orrason (İslandiya)
UEFA nümayəndəsi: Sergey iliç (Belarus)
Bakı. T. Bəhramov adına Respublika stadionu
Vətəninfo.az
Ramiz Mehdiyev harada dəfn olunacaq?
Ramiz Mehdiyevin ailə üzvləri haqda sensasiya – Sıra onlara çatır?
Nazirin yanına gedəsən, əliboş qayıdasan, bu biabırçılıqdır! – Deputat
Aqil Abbas Məclisdə coşdu: “Niyə bizə ev verilməməlidir?”
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
"Qardaşlığımıza dinamit qoymaq istəyənlər var" - Ərdoğan
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib