Qarabağ turu lider kimi başa vurdu

Qarabağ turu lider kimi başa vurdu

Topaz Premyer Liqasında XIV turuna "Qarabağ" - "Simurq" qarşılaşması ilə yekun vurulub.

Vətəninfo.az-ın məlumatına görə, Zaqatalada keçirilən qarşılaşma qol sarıdan məhsuldar olub. Oyunun 14-cü dəqiqədə meydan shiblərihesabı açsa da, Zaqatalı azrkeşlərin sevinci uzun sürməyib. 23-cü dəqiqədə İlqar Qurbanov hesabı bəraərləşdirib.54-cü dəqiqədə Leroy Corc komandasını hesabda önə çıxarıb. 74-cü dəqiqədə isə hollandiyalı futbolçu dubl edib. Lakin bununla barışmayan “Simurq” hesab arasındakı fərqi azaldıb.

Beləliklə, səfərdə 2:3 hesabı ilə qalib gələn “Qarabağ” turu qələbə ilə başa vurub.

Qeyd edək ki, ötən gün AZAL “Sumqayıt”a 3:2, “İnter” Bakı”ya 1:0 hesabı ilə qalib gəlib. “Neftçi” - “Qəbələ” matçında isə qalib müəyyənləşməyib – 0:0.

Topaz Premyer Liqası

XIV tur

30 noyabr (bazar)

 "Simurq" - "Qarabağ" - 2:3

 QOLLAR: Draqan Çeran, 14, Marko Stanoyeviç, 79 - İlqar Qurbanov, 23, Leroy Corc, 54; 74

I dövrədəki oyun – 0:1

 Hakimlər: Rəhim Həsənov, Munis Abdullayev, Mübariz Haşımov, Teymur Fərhadov

 Zaqatala şəhər stadionu

 

SİMURQ: 1. Pavel Kapsa, 5. Vadim Abdullayev, 6. Samir Zərgərov, 8. Patrik Osiako, 10. Rəşad Eyyubov, 11. Draqan Çeran, 13. Ali Gökdemir, 18. Tural Axundov, 20. İdan Vaytsman, 26. Benjamin Lambot, 88. Marko Stanoyeviç

Ehtiyat oyunçular: 35. Amil Ağacanov, 3. Adam Banaş, 9. Lukas Tresnak, 15. Stepan Polyak, 16. Məhərrəm Hüseynov, 25. Oruc Balaşlı, 33. Kənan Müslümov

Baş məşqçi: George Çixradze

 

QARABAĞ: 13. İbrahim Şehiç, 3. Tərlan Quliyev, 6. Hacı Əhmədov, 7. Namiq Yusifov (k), 8. İnnosent Emeqara, 18. İlqar Qurbanov, 24. Admir Teli, 41. Leroy Corc, 55. Bədavi Hüseynov, 99. Namiq Ələsgərov

Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 14. Rəşad Sadıxov, 17. Vüqar Nadirov, 20. Riçard Almeyda, 33. Şəhriyar Əliyev

Baş məşqçi: Qurban Qurbanov



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az