Avropa Liqasının qrup mərhələsinin ikinci turunun "Qarabağ" - "Anderlext" oyunu üçün heyətlər müəyyənləşib.
vƏTƏNİNFO.AZ xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionu bu gün ölkəmizi Avropa Liqasında təmsil edən Qarabağın şərəfinə yenə həyacanlı dəqiqələrin başlaması üçün demək olar ki, hazır idi. "Qarabağ"- "Anderlext" oyunun səbirsizliklə gözləyən azarkeşlər "Qarabağ-Qarabağ"-deyə elə bir abu hava yaratmışdılar ki, Qarabağ atının bu gün bu meydançada kişnəyib rəqibini əzməməsi mümkün deyildi. Elə bütün Azərbaycanın gözlədiyi kimidə 90 dəqiqə Qarabağ atı meydanda rəqibini arxasıyca sürüdü desək yanılmarıq.
Komandaların hansı tərkibdə meydana çıxdığını qeyd etmədən öncə onu vurğulamaq yerinə düşər ki, bu gün ölkədə futbolun inkişafı üçün həyata keçirilən islahatlar ou deməyə əsas verir ki, qoyulan yatırımlar əbəs yerə olmayıb. Qarab məhz bu görülən işlərin əsas bəhrəsidir desək doğru olar. Təbii ki,bəziləri bunu kuluba sponsorluq edən gücə bağlı olduğu ilə əsaslandıracaqlar. Kimin neəcə və hansı şəkildə ağız büzməsindən asılı olmayaraq xalqımız belə bir möhtəşəm yarışmada Azərbaycan kulublarını izləyə bilirsə,deməli özəl sektorda,dövlətdə,hökumətdə əlbir olaraq bu işləri həyata keçirə bilib. Bizə düşən isə meydançada tər tökərək qələbə sevincin bizə yaşadan futbolçulara təşəkkür etmək qalır.
İndi sə, komandaların hansı heyətlə meydana çıxacaqlarını təqdim edək.

Komandalar oyuna aşağıdakı tərkibdə çıxacaq:
"Qarabağ": İbrahim Şehiç, Qara Qarayev, Rəşad Sadıqov (k), Riçard Almeyda, Maksim Medvedev, Ansi Aqolli, Dani Kintana, Bədavi Hüseynov, Reynaldo,Alharbi Əl Jadeyaoui, Samuel Armenteros
Ehtiyat oyunçular: Fərhad Vəliyev, İlqar Qurbanov, Elvin Yunuszadə, Miqel Markos Madera , Coşqun Diniyev, Əfran İsmayılov, Rudell Pupon
"Anderlext": Proto, Deşaçt, Obradoviç, Mvodji, Najar, Praet, Defo, Gillet, Dendonker, Ezekyel, Okaka
Ehtiyat oyunçular: Roef, Nuytink, Açeampong, Tielemans, Suares, Konte, Sulla.

Demək olar ki, "Qarabaö"-"Anderlext" olyununda Qarabağ bir necə dəfə qol imkanlarından yararlana bilmədi. Amma
Riçard Almeyda 36-cı dəqiqədə hesabı açır. Hesab 1:0-a çatdırmaqla "Qarabağ"ın nəyə qadir olduğunu nümaiş etdirmiş oldu.

Elə 90+4 dəqiqəlik oyunda sadəcə bir qol vuruldu və bu qoluda "Qarabağ" vurdu.
Kənan