Qarabağda ağır artilleriya SƏSLƏRİ

Qarabağda ağır artilleriya SƏSLƏRİ
 Ermənilər Qarabağda ağır artilleriyanı işə saldı

Ermənistan Silahlı Qüvvələri işğal etdikləri Azərbaycan ərazilərində hərbi təlimlər keçirir 

Miq.az Cebhe.info-nun bölgə müxbirinin xəbərinə istinad edərək bildirir ki, separatçı ordu nəzarətlərində olan Ağdərə rayonu ərazisində ağır artilleriyadan da istifadə etməklə hərbi təlimlərə başlayıb.

Bu gün səhər saatlarından başlayan təlimlər hələ də davam etməkdədir. Təlimlərdə atılan mərmilərin partlama səsləri Tərtər və Ağdam rayonlarının cəbhəətrafı yaşayış məntəqələrindən açıq- aydın eşidilir. Ancaq buna baxmayaraq əhali arasında heç bir narahatçılıq yoxdur.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az