Türkiyədə bir qrup qadın və kişi xüsusilə Ermənistan prezidenti Serj Sarkisyanın son günlər verdiyi bəyanatlara etriazlarını bildirmək məqsədilə Qarabağda döyüşmək üçün könüllü olmaq istədiklərini açıqlayıblar. ASİM-DER mətbuat mərkəzindən ANS PRESS-ə verilən məlumata görə, Əslsiz erməni İddiaları ilə Mübarizə dərnəyi (ASİM-DER) və Gənclik Klubu Dərnəyinnin (GENÇ-DER) üzvü olan 100-dən çox İğdır sakini bu məqsədlə yazdıqları ərizələri Azərbaycanın Qars konsulluğunun bu şəhərdəki nümayəndəliyinə təhvil veriblər. Nümayəndəliyin əməkdaşları isə qəbul etdikləri ərizələri lazımi yerlərə çatdırılacağını deyib.
Keçirilən aksiya barədə mətbuata açıqlama verən ASİM-DER rəhbəri Göksel Gülbey bu addımlarının səbəbi kimi Ermənistan prezidenti Sarkisyanın son günlər Qarabağ barədə verdiyi bəyanatları göstərib. Sarkisyanın, “Qarabağ qanla alınıb, qanla veriləcək” – deyərək Azərbaycanı hədələdiyini xatırladan Gülbey iğdırlı Azərbaycan türklərinin lazım olacağı təqdirdə könüllü olaraq Qarabağda döyüşəcəyini vurğulayıb.
Açıqlamasında ermənilərə də səslənən Göksel Gülbey onları Sarkisyana dəstək verməməyə çağırıb. “Burdan bütün ermənistan xalqına səslənirik. O təxribatçı və uşaq qatili prezidentinizi aşağıya endirin. Əks təqdirdə meydana gələcək döyüşdən Ermənistan da, erməni ictimaiyyəti də ziyanla çıxar”.
Dərnək üzvləri daha sonra Qarabağa dəstək şüarları səsləndiriblər.
Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi
QURU SƏRHƏDLƏR AÇILSA, QİYMƏTLƏR UCUZLAŞACAQ? - İqtisadçıdan AÇIQLAMA
Ağdamda İşğal və Zəfər Muzeyləri Kompleksinin tikintisini 43 milyona vergi borcu olan bu şirkət həyata keçirəcək
Ermənilər Şeyxi hədəfə aldı...
Səməd Vurğunun heykəlindəki kiril əlifbası niyə dəyişdirilmir? – Deputatdan çağırış
“Shaurma №1”-in sahibi Aqil Babayevə qarşı həbsdə çoxsaylı sui-qəsd cəhdlərinin ifşası: Natiq Sadıqovun məqsədi nədir?
Əli Kərimli ilə bağlı KRİTİK GÜN
“Barış üçün qapınıza gəlsələr, geri qaytarın” – Mirşahindən çağırış
“ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə İrana nüvə zərbəsinin endirilməsinə qərar verə bilər”.
“Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçdi
“Shaurma №1”-in sahibi Aqil Babayevə qarşı həbsdə çoxsaylı sui-qəsd cəhdlərinin ifşası: Natiq Sadıqovun məqsədi nədir?
“Barış üçün qapınıza gəlsələr, geri qaytarın” – Mirşahindən çağırış
Ermənilər Şeyxi hədəfə aldı...
“ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə İrana nüvə zərbəsinin endirilməsinə qərar verə bilər”.