Qarabağın Azərbaycanlı icması Avropada görüşlərə başladı

Qarabağın Azərbaycanlı icması Avropada görüşlərə başladı

Sentyabrın 30-da Böyük Britaniyanın Beynəlxaq Münasibətlər üzrə Kral İnstitutunda ("Chatham House”) Qarabağın azərbaycanlı icmasının idarə heyətinin üzvü, deputat Rövşən Rzayev görüş keçirib.

Vətəninfo.az xəbər verir ki, bu barədə Modern.az saytına diplomatık mənbələrdən məlumat daxil olub.

Görüşdə Rövşən Rzayev bundan öncə Separatçı "Dağlıq Qarabağ Respublikası”nın qondarma prezidenti Bako Saakyanın Böyük Britaniyanın Beynəlxaq Münasibətlər üzrə Kral İnstitutunun ("Chatham House”) dəvəti ilə Londona səfər etməsinə kəskin etirazını bildirib: "Bu, beynəlxalq hüquq normalarına ziddir”.  

O, qeyd edib ki, Bako Saakyanın Londona getməsi bir daha sübut etdi ki, dünyada ikili standartlar mövcuddur. Azərbaycanın ərazilərinin işğalında rol oynayan, xalqımıza qarşı Xocalıda soyqırımı iştirakçılarından biri olan Bako Saakyan kimi adamlara şərait yaradılması Azərbaycan ictimaiyyətini narahat edir.  



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az