Qarabağın həll olunacağına optimist yanaşıram - Finlandiya lideri

Qarabağın həll olunacağına optimist yanaşıram - Finlandiya lideri

Finlandiya ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün apardığı fəaliyyətini dəstəkləyir.

Report bildirir ki, bunu Avropa Şurası Parlament Assableyasının (AŞPA) qış sessiyasında Finlandiya Prezidenti Sauli Niinistö Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü, deputat Rafael Hüseynovun sualına cavab olaraq bildirib.

Finlandiya Prezidenti bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həll olunacağına indiki məqamda optimist yanaşır. O qeyd edib ki, əvvəllər o bu məsələdə optimist olmasa da, bu gün buna çox inanır. Lakin Prezident Dağlıq Qarabağ münaqişəsinin həllində Ermənistan və Azərbaycanın hər zaman olduğu kimi, bu gün də əsas aktorlar olduğunu vurğulayıb.

Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az