Ermənistanın tanınmış analitika portalı “Lragir” Kremlə yaxın mənbələrə istinadən Qarabağın Azərbaycana qaytarılma sxemindən yazıb.
Vətəninfo.az ANS PRESS-ə istinadən xəbər verir ki, portalın baş redaktoru Haykazn Qaqriyan bu gün dərc edilmiş məqaləsində yazıb: “Kreml dairələrinə yaxın ekspertlər deyirlər ki, Ermənistanın Avrasiya İttifaqına girməsindən sonra Azərbaycanın Avrasiya inteqrasiyası başlayacaq və o, “təbii yolla Avrasiya mühitində olacaq””.
Məqalə müəllifinin sözlərinə görə, ekspertlərdən biri - Sergey Markov bildirib ki, hazırda erməni, rus və azərbaycanlı diplomatlar arasında Qarabağ probleminin həlli üzrə danışıqlar aparılır. Onun sözlərinə görə, tezliklə danışıqlara Türkiyə diplomatları da qoşulacaq.
“Prosess başlayıb, diplomatlar hərəkətə keçib, bu isə Böyük sülh sazişinə gətirə bilər. İlk mərhələdə Azərbaycan-Ermənistan və Ermənistan-Türkiyə sərhədlərinin açılması müqabilində Azərbaycanın işğal edilmiş 7 rayonu qaytarıla bilər. Hazırda diplomatlar bu variantın üzərində işləyir”, - Markov bildirib.
Haykazn Qaqriyan Markovun sözlərini şərh edərək hadisənin sonrasını proqnozlaşdırır: “Elə də ağıllı olmadan “ikinci mərhələ”nin nejə olajağını anlamaq mümkündür. Azərbaycan da Avrasiya İttifaqına girəcəyinə görə, “ikinci mərhələ”də Qarabağın qalan hissəsini alacaq. Yəni 1920-ci ilin sxemi təkrarlanacaq”.
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Novella Cəfəroğlu: “Yağış yağanda şəhəri su basırsa, dövlət qurumları millətin qarşısında cavab verməlidirlər”
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto
General Natiq Əliyevin qızı saxlanıldı
Hərbçilərə mənzil əvəzinə pul verilsin, polislərin maaşı artırılsın – Qüdrət Həsənquliyev
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT
Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
Bu gün Azərbaycanda Zəfər Günüdür
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto