Qarabağın taleyi həll olunur- Prezidentlər danışıqlara başladı

 Qarabağın taleyi həll olunur- Prezidentlər danışıqlara başladı

Vyanada Avropa diplomatiyasının rəhbəri Federika Moqerininin iştirakı ilə Azərbacyan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın görüşü başlayıb.

Miq.az xəbər verir ki, Ermənistan - Azərbayan münaqişəsinin nizamlanması üzrə danışıqlar aparılır.
 
Görüşdən sonra iki ölkənin prezidentlərinin ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələrin xarici işlər nazirləri ilə danışıqları gözlənilir.
 
Danışıqların əsas məzmunu Dağlıq Qarabağ problemi, məsələdən çıxış yolları, hazırda cəbhədə yaranmış gərgin vəziyyətdir.

Qeyd edək ki, bu görüşdə iştirak üçün Sarkisyan bu gün gündüz saatlarından Vyanaya uçub. Eyni zamanda bu saatlarda həmin şəhərdə ABŞ dövlət katibi Con Kerri və Rusiya XİN rəhbəri Sergey Lavrovun da görüşü baş tutub.

 
Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az