Ölkə mətbuatında Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə bağlı demək olar ki, hər gün bu və ya digər şəkildə xəbərlər yer almaqdadır. Məlum Lamiyə Quliyeva olayında xidmətin əsil “xidmət”i bəlli olduqdan sonra isə redaksiyalara Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə bağlı iddialar dolu məlumatlar daha da artmağa başlayıb.
Elə Vətəninfo.az olaraq redaksiyamıza 30/03/2015-ci ildə daxil olan Bakı şhəri Nizami rayon Q.Qarayev 1,2517/2518 məhəllə-mənzil 71-də yaşayan Mirzəliyeva Lida Piralı qızı tərəfindən göndərilən müracətdi ki, məhz yuxarıda qeyd olunan tarixdə, “Oğlum uzun müddət aclıq aksiyası həyata keçirdiyindən...”, “ Ana Fəryadı: “Mənə və Mədət Quliyev, Malik Ələkbərovun təyziqləri altında məhv olan oğluma kömək edin” başlıqlı məlumatı yayımladıq.
Yayımladığımız müraziəti oğlu həbsxanada aclıq edən ananın fəryadı kimi dəyərləndirilməsini istədi. Eyni zamanda onu da vurğuladıq ki, Mirzəliyeva Lida Piralı qızının digər övladı İlhamə Paşayeva redaksiyamıza gələr Ədliyyə Nazirliyinin Penitensiar xidmətin 1 saylı cəzakəkmə müəsisəsində baş verənləri anlatdı, qardaşı 10.03.2005-ci ildən qanunsuz və əsassız olaraq, sifarişlə AR CM-nin 120.1, 29,120.2.7-ci maddələri ilə təqsirləndirilərək 12 il həbs cəzasına məhkum edilmiş Paşayev Elşənin həbsxanada öldürülə biləcəyini bildirdi. Vətəninfo.az İlhamə Paşayevanın müsahibəsin təqdim edir.
-Siz deyirsiniz ki,qardaşınızın həbsdən çıxması üçün 7 min 10 min pul istəyirlər.Bunu hansı şəkildə istəyirlər?
Deməli bunlar neçə eləmək istəyirlər. Biz davamlı sürətdə məslənin hüquqi həllini şikayət yolu ilə həll eləmək istəyirdik.Sonra bunlar qardaşıma dəfələrlə çağırıb deyirlər necə və hansı formada o azadlığına necə qovuşa bilər.Şəxsən mənim özümə də deyiblər. Axırıncı dəfə 9 yanvar 2015-ci ildə cəza növünün dəyişdirilməsi ilə bağlı Nizami Rayon Məhkəməsinə ərizə hazırlamışdım.Mən onu apardım həbsxanaya ərzaqla birlikdə. Həbsxnada xüsusi şöbənin rəis əvəzi Sevda Məmmədova aşağı düşdü və məni çağırdı. Baxdı əlimdə ərizə var. Soruşdu o nədi. Dedim ərizədi gətirmişəm ki,burda cəzakəkmə müəsisəsi tərəfindən dərkənar qoyulsun ki, onu məhkəməyə göndərim.Sevda Məmmədova ərizəyə baxdı-baxdı qayıtdı ki, burda müəyyən bir hissə çıxarılmalıdır. Mən orda qardaşımın qeyri-qanuni həbs olunduğu və cəzaya məhkum edildiyi haqqında yazmışdım.Dedim olmaz axı.Bu vətəndaşın müraciət formasıdı.Amma Sevda Məmmədova mənə çox aqressiv yanaşdı, hətta mənə qayıtdı ki, “Siz neçə ildi yazırsınız.Qammadınız ki,bunu həll eləmək lazımdı yazmaq yox”. Sənədi aldı əlimdən qayıtdı ki, “bu ərizə mən sənə deyirəm burda qeydiyyatdan keçməyəcək”. Sonra da qayıtdı ki, o ərizə qeydiyyatdan keçə bilər ki, qardaşın sadəcə olaraq xahiş eləsin ki,onun işinə baxılsın.Dedim elə olmaz axı Sevda xanım.Əgər məhkəməyə ərizə gedəcəksə ancaq bu ərizə gedəcək. Belə olduqda xahiş elədim cəzaçəkmə müəsisəsinin rəisi Rövşən Niyazov qəbul eləsin.Elə yuxarıya qalxdım Rövşən Niyazov kalidorla qapının ağızında məni qəbul elədi. Dedim bəs Sevda Məmmədova ərizə ilə bağlı bu şəkildə münasibət göstərir.Qayıtdı ki,Sevda Məmmədova sənə nə edib. “Səni başa salıb ki,nə etmək lazımdırda”.Mən bir daha əmin oldum ki, əgər idarə rəisi,həbsxananın rəisi bu formada danışırsa,deməli bu pillə-pllə harasa bağlıdır ki,bunlar belə danışırlar.Qardaşımın özünə də demişdilər ki,sən azadlığa çıxmaq istəyirsənsə bu ancaq hörmət yolu ilə ola bilər.
-Nə qədər pul istəmişdilər qardaşından?
İlkin olaraq 10 min,sonra isə aşağı düşmüşdülər 7 min manat istədilər. Sonra gördülər ki,bizim imkanımız olmadı.Qardaşımın günə-gün ona kəsilən cəzanın başa çatmasına iki il qalmışdı.Bu müddətdə biz dəfələrlə məhkəməyə bunun azadlığa çıxması ilə bağlı etdiyimiz şikayyətlər,bunun əsasında keçirilən məhkəmlərdə hakim utanmaz-utanmaz bildirdi ki, 12 ilin 2- ilini yatmış olmana baxmayaraq mən sənə azadlığa çıxmağa imkan verməyəcəm.
-Bu sözü hansı hakim demişdi?
Nizami rayon Məhkəməsinin hakimi Ramin Həsənov.Bu o Ramin Həsənovdu ki, cəzasının çəkilməyən hissəsinin 2 ili qalmasına baxmayaraq, bu hakim qalan iki ili qapalıda qalması ilə bağlı qərar verib.Fikirləşin Ramin Həsənov birinci dəfə qardaşımın işinə baxanda məhkəmədə bildirib ki, bu nə xasiyyətnamədi belə.Bu erməni balası deyil ki, 10 ildi yatıb.Amma nə oldusa həmin hakim ikinci məhkəmədə qardaşıma qapalı həbsdə qalması ilə bağlı qərar verir. Qardaşım birinci məhkəmədə elə sevinirdi ki, hakim onunla bağlı müsbət danışıb.Qardaşıma niyə,hansı səbəbə qapalı verilib onu bilmirik.Onu da deyim ki, bu haqda yalnız biz ağızdan-ağıza eşitmişik.Həbsdə qaldığı 10 il müddətində onunla bağlı hansısa şikayətlər olunmayıb.

Sizi əmin edirəm ki, həbsxanalarda böyük rüşvət faktları var.Sadəcə olaraq bunu subut etmək olmur onlara. Penitensiar xidmətin daxili tədqiqtlar idarəsinin rəisi Elşən Həsənov şəxsən mənim anama dedi ki, “Oğlunun sən ancaq meydini verəcəyik.Sən bizdən diri oğul almayacaqsan”.Bu biyabırçılıqdı.Nəyə görə işgəncə verməlidirlər mənim qardaşıma. Məhkəmə tərəfindən 12 il azadlıqdan məhrum edilib,10 ildi cəzasın çəkib.qalan 2 ili hansı səbəbdən qapalıya salınmalıdı:Nəyə görə, ona işgəncə verməlidirlər?Hansı səbəbbə görə Elşən Həsənov anama”Oğlunu bizdən sağ almayacaqsan”deyir. Bunun arxasında nə dayanır?Mənim anam artıq yorğan-döşəyə düşüb.Evimizdə bir şey qalmayıb sataq. Hər şeyi satmışıq.10 ildi heç bir günahı olmadan həbsxanada qalan qardaşımın yanına gedib-gəlmək üçün.
-Siz heç Penitensiar xidmətin rəisi Mədət Quliyevlə görüşmüsünüz?
Anam o təzə gələndə görüşmüşdü.Onda hay-küylə gəlmşdi,ay şeyin qarşısını alınacaqdı.Yenə də həbsxanalardakı qatı işgəncə metodları davam eləyir.Amma çox təssüflər olsun bunların bu əməli ilə bağlı şhid tapmaq olmur.Oradakı bütün məhbuslar onlara tabe olduğundan bir dənə də olsun faktı çölə buraxılmasına imkan vermirlər. Mənim qardaşım narkotik aludəçisi deyil,hansısa xəstəliyin daşıyıcısı deyil.Hansı səbəbə görə iki ili qalan adamı qapalıya salmaq üçün bu qədər cənfəşanlıq edilib?.Bunu bizə deyən yoxdu. Qardaşım 31 gündü karsa salınıb,işgəncələr görür.

Redaksiyadan: Müsahibə hazırlanan zaman İlhamə Paşayevə telfon edərək bildirdi ki, qardaşının karsa salınması ilə bağlı Penitensiar xidmətin 1 saylı cəzaçəkmə müəsisəsindən məktub alıblar. Güya Elşən müəsisə əməkdaşların hədələdiyinə görə,onu karsa salıblar.
Redaksiyadan. Penitensiar xidmətin bu məsələ ilə bağlı mövqeini dərc etməyə hazırıq.
Vətəninfo.az