QAŞQABAQLI KƏND...
Əli Mehdi
Yağışdan doymuş ağaclar.
Sapsarı, tökülmüş yarpaqlar.
İki üzür yeri.
Üzürə gedən qadınlar,
üzürdən ğələn qadınlar.
Qəm- qüssəni ğöz yaşında
boğan qadınlar.
Həsrəti köksündən
süzən qadınlar.
Təpədən dırnağa qədər
ğeyinmiş uşaq,
ana və soyuq otaq.
Ana yurdu, ata oğacı.
İstisi yox, tüstüsü yox.
Susamış bir ağac da yox.
Heç olmasa
sərçə nəfəsindən
isinərdi bu otaqlar.
Dəmir qapılar,
plastik pəncərələr,
Sərçə nəfəsi üçün
salınmış maneələr.
Yarpaqlar mənə
yaşanmayan
ğünləri xatırlatdı.
-On uşaqdan biri ğəldi,
"Sənə qurban”
Anam məni hey kövrəltdi.
-Ğedək, Ana!
Bakıda evim var,
hər cür şəraitim,
ğözüm üstdə yerin var.
-Yox,oğlum, sabah
cümə axşamıdır,
ATAnın ocağa baş
çəkən zamanıdır.
-Sən get, oğlum,
şər qarışır, daha gecdir.
- Yaxşı, ANA, tez ğələrəm,
yollar daha düzəlibdir.
Ürək sızıldadı, içim üşüdü,
Bir neçə yarpaq da
ömrumdən düşdü,
Əli Mehdi kəndinə
çoxdan aşiqdi,
Amma onu bu qədər
qaşqabaqlı görməmişdi!
Miq.Az