Hikmət Nikbin: "Əlimdən yuxarı Tanrı başlayır..."
Axşamdır, çay boyu yüyürür gecə,
düşüb kürsüsündən vaxtın, vədənin.
Bir də salam verməz açan sabaha,
bir də salam almaz köhnə adımdan!
Adım, məni çevir ayaqlarına,
səni qoyum gedim bu axşam ilə.
Əlimdən yuxarı Tanrı başlayır,
əlimdən yuxarı yaşayım, qalım.
Axşam dadı verir, sübh tamı verir
buludlar, buludlar bu yer üzündə.
Vaxtı İlahidən alan, daşıyan
saat, saatım ol iki həyatda.
Külək, nə vecinə, nə vecinədir,
daha gizlətməyir ayı günorta.
Miq.Az