Qənirə Paşayeva Strasburqda Mərakeşin Xarici İşlər naziri Saad Dine El Otmani ilə görüşüb

Qənirə Paşayeva Strasburqda Mərakeşin Xarici İşlər naziri Saad Dine El Otmani ilə görüşüb

Millət vəkili, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva Strasburqda AŞPA-nın yaz sessiyası çərçıvəsində  Mərakeşin Xarici İşlər naziri Saad Dine El Otmani ilə görüşüb.

“Vətəninfo.az” xəbər verir ki, Millət vəkili Qənirə Paşayeva Saad Dine El Otmaninin Parlament Assambleyasındakı çıxışının millət vəkilləri tərəfindən yüksək səviyyədə qarşılandığını vurğulayaraq Mərakeşin uğurlarına dost Azərbaycanın hər zaman sevindiyini deyib. O, bildirib ki, Avropa Şurasının üzvü kimi Azərbaycan Avropa Şurası ilə Mərakeş arasında əməkdaşlığın getdikcə daha da artmasını dəstəkləyir və alqışlayır. Millət vəkili Qənirə Paşayeva bildirib ki, AŞPA-nın üzvü kimi Azərbaycan AŞ ilə Mərakeş arasında əməkdaşlığın daha da genişlənməsi üçün əlindən gələn dəstəyi təşkilat çərçivəsində əsirgəmir. Millət vəkili həmçinin Azərbaycanın Mərakeşlə dövlətlər, hökumətlər, parlamentlər bir sözlə bütün istiqamətlər və səviyyələrdə əməkdağlığın genişlənməsinə böyük önəm verdiyini xüsusi vurğulayıb və iki ölkə arasında əməkdaşlığın getdikcə daha da artmasının sevindirici hadisə olaraq qiymətləndirib. Millət vəkili Qənirə Paşayeva Azərbaycanla Mərakeş arasında Parlamentlərarası münasibətlərin daha da inkişafının vacibliyinə toxunaraq Azərbaycan Parlamentinin Mərakeşlə əməkdaşlığın genişlənməsinə böyük önəm verdiyi deyib. Görüş zamanı beynəlxalq təşkilatlarda qarşılıqlı dəstəyin vacibliyi də müzakirə olunub.   Q. Paşayeva görüşdə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqları barədə də danışıb və Mərakeşin bundan sonra da Azərbaycanın ədalətli mövqeyini dəstəkləyəcəyinə inandığını deyib və Saad Dine El Otmanini yaxın zamanlarda Azərbaycanda görməkdən məmun olacaqlarını deyib.

Mərakeşin Xarici İşlər naziri Saad Dine El Otmani də Azərbaycanla bütün sahələrdə rmünasibətlərin inkişafına böyük önəm verdiklərini və əməkdaşlığın getdikcə daha da atması üçün səyləri daha da gücləndirəcəklərini deyib. Azərbaycanı dost ölkə adlandıran nazir Azərbaycan-Mərakeş hökumətlərarası komissiyasının toplantısının yaxın aylarda Azərbaycanda keçiriləcəyini  bildirərək bu addımların iki ölkə arasında əməkdaşlığa böyük təkan verəcəyini vurğulayıb. İki ölkə arasında qarşılıqlı dəstəyin vacibliyinə diqqət çəkən nazir beynəlxalq təşkilatlar çərçivəsində o cümlədən AŞPA çərçivəsində əməkdaşlığın daha da genişlənməsinin önəmini də vurğulayıb. Yaxın aylarda Azərbaycana səfər edəcəyini deyən Saad Dine El Otmani bütün istiqamətlərdə Azərbaycan-Mərakeş əməkdaşlığının bundan sonra daha surətlə inkişafı üçün iki ölkənin rəhbərliyinin fəaliyyətinin özünün müsbət nəticələrini artıq göstərdiyini deyib və bu əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğuna diqqət çəkərək qarşılıqlı səfərlərin və işbirliyinin artmasının önəmini vurğulayıb. Millət vəkili Mərakeşə səfərə dəvət edən xarici işlər naziri Azərbaycan kimi Mərakeşin də parlamentlərarası münasibətlərin daha da genişlənməsində maraqlı olduğunu deyib.

Elnur Eltürk




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az