Qənirə Paşayeva Türkiyənin bir sıra tanınmış televiziya kanallarında və mətbuat orqanlarında Ermənistanı ifşa etdi

Qənirə Paşayeva Türkiyənin bir sıra tanınmış televiziya kanallarında və mətbuat orqanlarında Ermənistanı ifşa etdi

"Vətəninfo.az"ın verdiyi xəbərə görə, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü, siyasi elmlər üzrə fəlsəfə doktoru,  “Avrasya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin sədri  Qənirə Paşayeva Şuşanın işğalı ilə bağlı TRT, TRT AVAZ, Anadolu agentliyinə geniş müsahibələr verib.

Bu  gün Bakı vaxtı ilə 18.30-da isə millət vəkili Qənirə Paşayeva TRT AVAZIN “Studio Avaz” proqramının canlı yayımında Ermənistanın Şuşada və ümumiyyətlə Qarabağda törətdiyi vandalism aktları ilə bağlı çıxış edəcək və “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin hazırladığı «Dağıdılmış mədəniyyət beşiyi – Şuşa” və  Xocavənd Rayon İcra Hakimiyyətinin hazırladığı “ Ruhum Qarabağlıdır” filmlərindən hissələr nümayiş olunacaq.

Türkiyənin bir sıra mətbuat və KİV ləri “ Millət vəkili Qənirə Paşayeva Şuşanın 20 ildir Ermənistanın işğalı altında qalmasını sadəcə Azərbaycanın deyil, bütün Türk dünyasının ortaq məsələsi olduğunu vurğulayaraq bunları söyləyib: “Şuşada yaşanan dəhşətlərə dünya laqeyid yanaşır. Amma biz bunun belə davam etməsinə imkan verməməliyik və verməyəcəyik. AŞ, BMT kimi beynəlxalq təşkilatların Dağlıq Qarabağın  Ermənistan tərəfindən işğalı ilə əlaqədar qəbul etdikləri qərarları vardır.  Lakin bu qərarların heç biri tətbiq edilmir. Buna baxmayaraq Ermənistana qarşı təzyiq göstərmirlər.”

Millət vəkili Qənirə Paşayeva müsahibəsində Xocalı Soyqırımı, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında o cümlədən qədim Şuşada  törətdiyi vandalizm aktları, Ermənistanın 20 ildən artıqdır ki 1 milyon azərbaycanlının öz yurd-yuvasına dönməsinə imkan verməməsi barədə ətraflı məlumat da verib. O bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Xocalı Soyqırımı, Qarabağ həqiqətlərinin,  Ermənistanın Şuşada törətdiyi vandalizm aktlarının dünyaya çatdırılması, bu soyqırımı törədənlərin öz layiqli cəzasını alması üçün çalışmalıdır. “Xocalı Soyqırımı, Dağlıq Qarabağ problemi tək Azərbaycanın deyil, bütün Türk dünyasının problemidir” – Qənirə Paşayeva deyib. Miillət vəkili 20-ci əsrin əvvəlində ermənilərin həm Anadolu, həm də Azərbaycan torpaqlarında, 20-ci əsrin sonunda müasir dünyanın gözləri qarşısında  Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi qətliamlar, soyqırımlardan danışıb və bildirib ki, dünyanın bəzi ölkələri var ki, gerçəkləri görmək istəmir və qondarma erməni soyqırımı ilə bağlı qərarlar qəbul edirlər. Bu yalanların qarşısının  alınmasının tək bir yolu – birlikdə mübarizəmizi daha da gücləndirmək və həqiqətləri dünyaya birlikdə daha da geniş yaymaq.  “Türkiyə nə qədər güclənərsə, Azərbaycan o qədər güclənmiş deməkdir. Azərbaycan nə qədər güclənərsə, bu, Türkiyənin gücü deməkdir. Çünki Azərbaycan və Türkiyə bu bölgənin getdikcə böyüyən gücləridir. Hər məsələdə münasibətlərimiz o qədər güclənməlidir ki, bir-birimizə o qədər bağlanmalıyıq ki, hər hansı bir qüvvə bizi bir-birimizdən ayıra bilməsin”, – deyə millət vəkili əlavə etmişdi.

http://www.turktime.com/haber/Azerbaycan`in-Milletvekili-Pasayeva-/178258

http://www.trt.net.tr/trtavaz/susa-nin-isgalinin-uzerinden-20-yil-gecti–haber-detay,tr,39863.aspx#.T6jGW29fQYM.facebook

http://www.cumrapostasi.com/Guncel-azerbaycan-sehri-susanin-isgalinin-20.-yili�-98177.html

Elnur Eltürk



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az