Qızmar istilər başlayır

Qızmar istilər başlayır
İyunun 27-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz olacaq. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən xəbərə görə, şimal-şərq küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 19-22° isti, gündüz  28-33° isti, Bakıda gecə  20-22° isti, gündüz  31-33° isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi  763 mm civə sütunundan 759  mm civə sütununa enəcək. Nisbi rütubət  gecə 65-75 %,  gündüz  45-55%  təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu  Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 20-21°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda  21-22°, Türkan, Hövsan, Sahil, Şıxda  23-24° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, şərq  küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 19-24° isti, gündüz  33-38° isti, dağlarda gecə 11-16° isti, gündüz  22-27° isti olacağı gözlənilir.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az