Qorbaçov ÖLÜM AYAĞINDA-“Üzü o yanadır”

Qorbaçov ÖLÜM AYAĞINDA-“Üzü o yanadır”
Qorbaçovu ağır vəziyyətdə xəstəxanaya aparıblar

SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçov növbəti dəfə səhhətinin pisləşməsi ilə bağlı xəstəxanaya yerləşdirilib.

Lifenews.ru  xəbər verir ki, tibb çevrələrində onun vəziyyətinin stabil olduğunu, ancaq ağırlaşmanın gözlənildiyini deyiblər.

Hazırda o, Moskvanın ən yaxşı klinikalarından birinin qapalı bölməsindədir, daimi nəzarət altındadır.

Qorbaçov özü saytın əməkdaşı ilə telefon söhbətində xəstəxanada olduğunu təsdiqləyib.

"Qorbaçov Fond"un nümayəndələri də SSRİ-nin sabiq prezidentinin vəziyyətinin ağır olduğunu təsdiqləyiblər. Amma onlar: "Mixail Sergeyeviç xəstəxanada deyil, sadəcə, müalicə prosedurları üçün klinikaya gedir", – söyləyiblər.

M.Qorbavoçun ailə üzvləri isə onun hazırda klinikada, intensiv terapiya bölməsində, çox ağır vəziyyətidə olduğunu deyiblər.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az