Vətəninfo.az xəbər verir ki, Azərbaycan yaxın vaxtlarda 3 növ qumbaraatan mərmisinin istehsalına başlayacaq. APA-nın məlumatına görə, yeni mərmilər ADEX-2014 I Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi Sərgisində Müdafiə Sənayesi Nazirliyinin (MSN) stendində nümayiş etdirilib. Müdafiə sənayesi nazirinin müşaviri Azad Məmmədovun APA-ya verdiyi məlumata görə, bunlar RPQ-7 əl qumbaraatanları üçün kumulyativ, kumulyativ-tandem və termobarik döyüş sursatlarıdır.
«Yaxın vaxtlarda hər üç növ döyüş sursatının seriyalı istehsalına başlayacağıq. Artıq bunun üçün müvafiq istehsal sahəsi yaradılıb», - deyə A. Məmmədov vurğulayıb. Nazirlik rəsmisi artıq MSN-in Serbiya şirkəti ilə birlikdə barabanlı əl qumbaraatanlarının istehsalına başladığını da qeyd edib. Qeyd edək ki, 40 mm çaplı qumbaralardan atəş açan barabanlı əl qumbaraatanı MSN stendində əyani şəkildə sərgilənib.
Vətəninfo.az
Ramiz Mehdiyev harada dəfn olunacaq?
Ramiz Mehdiyevin ailə üzvləri haqda sensasiya – Sıra onlara çatır?
Nazirin yanına gedəsən, əliboş qayıdasan, bu biabırçılıqdır! – Deputat
Aqil Abbas Məclisdə coşdu: “Niyə bizə ev verilməməlidir?”
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
"Qardaşlığımıza dinamit qoymaq istəyənlər var" - Ərdoğan
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib