"Fransua Holland soyqırım məsələsini yenidən Fransanın gündəminə gətirəcək"

"Fransua Holland soyqırım məsələsini yenidən Fransanın gündəminə gətirəcək"

Fransada seçkilərin birinci turunun nəticəsini “Vətəninfo.az”saytına şərh edən siyasi ekspert Cümşüd Nuriyev bildirib ki, birinci turun nəticələri gözlənilən idi. “ Sarkozinin beş il ərzində apardığı siyasət nəticəsində Fransa daha çox aşırı millətçilik prinsipinə meyl edib. Eyni zamanda, Fransa büdcəsinin dağılması prosesi başlayıb. Sarkozi və Merkel cütlüyü daha çox Avropa Birliyi haqqında siyasət yürüdürlər. Ona görə də belə bir fikir formalaşdı ki, Sarkozi daha çox Avropa Birliyinin prezidenti olmaq iddiasındadır”-deyə, qeyd edib. Ekspert onu da əlavə edib ki, Sarkozi hakimiyyəti dövründə İslam dünyasına qarşı olan sərt iddiasını ortaya qoyub. Belə olan halda hələ onun ikinci tura keçməsi böyük hadisədir. Ekspertin sözlərinə görə, 1988-ci ildən etibarən ilk dəfədir ki, sosialistlər seçki yolu ilə hakimiyyəti ələ keçirmək iddiasındadır: “Fransua Holland da Azərbaycana qarşı xoş münasibəti olan şəxs deyil. Amma onun seçkilərin ikinci turunda qalib gəlməsi ehtimalı yüksəkdir. O, Sarkozi erasına son qoymaq üzrədir. Fransua Hollandın çıxışlarının ana xəttini Avropa Birliyinin daxilindən Fransanın sərhədlərinə qayıdış məsələsi tutur. İkinci xətt isə Fransua Holland söz verib ki, Sarkozi tərəfindən gündəmə gətirilən, amma həyata keçməyən erməni soyqırımı məsələsini yenidən gündəmə gətirəcək. Bu da ermənilərin səsini qazanmaq üçün solçuların düşündüyü bir siyasətdir. Fransua Holland da qatı millətçi olduğu üçün islam dünyasına və türk millətinə qarşı münasibətləri birmənalı olaraq mənfidir”-deyə, vurğulayıb.

Ramilə



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az