"İşğal olunmuş ərazilərdə hər hansı bir demokratik seçkinin keçirilməsi imkansızdır”

"İşğal olunmuş ərazilərdə hər hansı bir demokratik seçkinin keçirilməsi imkansızdır”

Dağlıq Qarabağ separatçılarının "prezident seçkiləri" keçirmək istəyi sadəcə beynəlxalq aləmə seçki görüntüsü yaratmaq cəhdindən başqa bir şey deyildir. 

Bu sözləri “Vətəninfo.az”a Ankaradan Türkiyədən Ankara İqtisadiyyat və Texnologiyalar Universitetinin professoru, politoloq Toğrul İsmayıl Dağlıq Qarabağ bölgəsində iyulun 19-da qondarma “prezident seçkiləri” keçirilməsini şərh edərkən bildirib.

“Ermənilərin işğal etdikləri Dağlıq Qarabağda heç bir qurum və strukturun legitimliyindən söz gedə bilməz. İşğal olunmuş ərazilərdə hər hansı bir demokratik seçkinin keçirilməsi əmkansızdır. Çünki işğal özü özlüyündə hər hansı bir demokratik davranışın önünü kəsən ən böyük əngəldir. Belə olduğu halda demokratiyadan və ya demokratik seçkidən dəm vurmaq tamamilə absurddur.

Lakin görünən o ki, ermənilər öz mərkli niyyətlərindən əl çəkmirlər. Baxmayaraq ki, Azərbaycan neçə illərdir ki, sülh yolu və danışıqlar vasitəsi ilə bu münaqişəni həllinə çalışır, erməni tərəfinin danışıqlar aparılan zaman bu davranışı sülh prosesinə mane olmaq cəhdindən başqa bir şey deyil. Heç şübhəsiz ki, "qondarma seçkilər" Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin "işğalının nəticələrini möhkəmləndirmək məqsədilə təşkil edilir",-deyə politoloq qeyd edib.

Politoloq onu da əlavə edib ki, hazırda Dağlıq Qarabağ müvəqqəti olaraq müəyyən separatçı qrup tərəfindən əldə saxlanılır. 

“Eyni zamanda bölgənin azərbaycanlı əhalisi zorla oradan köçürülüb və onların hüquqları pozulub.

Həmçinin, beynəlxalq qanunlara və hüquq normalarına əsasən, Dağlıq Qarabağ Azərbaycan ərazisidir və orada hər hansı bir fəaliyyət Azərbaycan qanunları əsasında həyata keçirilməlidir. Rəsmi Bakının daha öncə də bəyan etdiyi kimi, "Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejim Ermənistan Respublikası tərəfindən bölgənin azərbaycanlı icmasına qarşı etnik təmizləmə siyasəti nəticəsində yaradılmış qanunsuz strukturdur".

Erməni tərəfi bu cür qanunsuz destruktiv addımlarını dayandırmalı və münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında tezliklə nizama salınması üçün danışıqlar prosesində konstruktiv mövqe nümayiş etdirməlidir”,-deyə Toğrul İsmayil vurğulayıb.

Elnur Eltürk



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az