"Mən mübarizə aparanda Elşad Abdullayev Kürdəmirdə peyin satırdı"

"Mən mübarizə aparanda Elşad Abdullayev Kürdəmirdə peyin satırdı"

Rövşanə Əliyeva: “Hansı qapıda toyuq itirb, getsin xoruzunu orada da axtarsın”.

“Bu video da Elşad Abdullayevin apardığı çirkin kampaniyanın bir parçasıdır”.
Bunu Elşad Abdullayevin yeni yaydığı videoda görüntülənən Rövşanə Əliyeva "Qafqazinfo.az"-a açıqlamasında bildirib. Rövşanə əliyeva bildirib ki, onun nə hansısa səlahiyyəti, nə arxasında duran adamı var: “Allahdan başqa heç kimim yoxdur. Elşad Abdullayev məni dəfələrlə silahla təhdid edib, öldürmək istəyib. Arzu Kazımov və Zahid Dünyamalıyevlə mənim heç bir əlaqəm yoxdur. Mən nə Gülər Əhmədovayam, nə də Sevinc Babayeva. Məni heç kəslə səhv salmasın”.

R. Əliyeva qeyd edib ki, o Elşad Abdullayevlə heç bir pul bazarlığı etməyib: “Mən Azərbaycanın müstəqilliyi uğrunda tələbələrlə mitinqlər təşkil edəndə, Elşad Abdullayev kənddə mal peyini satırdı. Mən ona dedim ki, əl çək bu çirkin oyunlarından”.

R. Əliyeva onu da əlavə edib ki, Elşad Abdullayev qızını Zaurla nişanlamaq istəyirdi: “Zaurun da müxtəlif vasitələrlə nişanını qaytartdırdı. Elşad Abdullayev demokrat deyil. Mənim Avropanın istənilən qurumunda müraciətlərim var, mən millətçiyəm. O, yaydığı videolarda öz danışığını kəsir qarşı tərəfi yayımlayır. Ona görə də söhbət tam anlaşılmır”.

Videoda adıçəkilən Mahir Abdullayevlə bağlı hissəyə də aydınlıq gətirən R. Əliyeva qeyd edib ki, E. Abdullayev yaydığı videolarda qardaşının itkin düşməsi ilə bağlı hamını ittiham edir: “Allah bu psixdən haımını hifz etsin. Mən dövlətdən təhlükəsizliyimlə bağlı təminat istəyirəm. Eyni zamanda hüququm pozulub, hüquqlarımın bərpa olunmasını da tələb edirəm. O qardaşını belə axtarmasın. Hansı qapıda toyuq itirb, getsin xoruzunu orada da axtarsın”.

"Vətəninfo.az"



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az