Futbol üzrə UEFA Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları keçirilib. Azərbaycan çempionu “Neftçi” də bu turnirdə növbəti oyununa çıxıb.
Məlum olduğu kimi, komandamız avrokubokların cari mövsümünə Çempionlar Liqasının ikinci təsnifat mərhələsindən start vermişdi. İlk cəhdində Gürcüstan çempionu “Zestafoni”ni mübarizədən kənarlaşdıran “ağ-qaralar” eyni uğuru üçüncü təsnifat mərhələsinin İsrail “Hapoel”iylə (Kiryat Şmona) mübarizədə təkrarlaya bilməmişddi.
Amma reqlamentə əsasən Azərbaycan təmsilçisi hələ Avroliqada da mübarizə aparmaq şansına malik idi. Nüfuzuna görə qitənin ikinci dərəcəli klub turnirinin pley-off mərhələsində “Neftçi” APOEL (Kipr) səddini keçməliydi.
Paytaxt klubu Nikosiya təmsilçisini mübarizədən kənarlaşdırmaqla böyük bir tarixi uğura imza ata bilərdi. İlk görüşdə 1:1 hesablı heç-heçəyə razılaşan “neftçilər”ə cavab matçında mütləq qalib gəlməli, və ya bol qollu heç-heçəyə nail olmalıydı.
Azərbaycan çempionu isə bəlkə də çoxlarının gözləmədiyi halda möhtəşəm qələbəyə imza atıb. 3:1 hesablı qələbə “ağ-qaralar”ın həm uzun illər öncə bu kluba avrokuboklardakı məğlubiyyəti, həm də Türkiyə bayraqarını yandırması və Ermənistan bayrağını qaldırmasına tutarlı cavab olub. Amma ən əsası isə ilk dəfə Azərbaycan klubu avrokubokların qrup mərhələsinə vəsiqə qazanıb!!!
Avropa Liqası
Pley-off mərhələsi (cavab oyunu)
30 avqust
APOEL - "NEFTÇİ" 1:3
Benaşur, 44 - Cavid İmamverdiyev, 22. Vobay, 30. Flavinyo, 60.
Baş hakim: Said Enjimi (Fransa).
Nikosiya. GSP Arena.
İlk oyun – 1:1
Qırmızı vərəqə: Elvin Yunuszadə, 83.
APOEL: 22. Dionisios Xiotis, 5. Maykl Klyukovski, 7. Mario Budimir, 11. Nektarius Aleksandru (k), 18. Selim Benaşur, 21. Qustavo Manduka, 23. Eliu Pintu, 26. Nunu Moraiş, 27. Arits Borda, 28. Mariu Serjio, 46. Efstatios Aloneftis.
Ehtiyat oyunçular: 78. Urko Pardo, 10. Kostas Xaralambides, 12. Aldo Adorno, 15. Marios Antoniades, 19. Marios Elia, 31. Elder Souza, 77. Atos Solomu.
NEFTÇİ: 30. Saşa Stamenkoviç, 5. İqor Mitreski, 6. Rəşad Sadiqov (k), 9. Flavinyo, 10. Julius Vobay, 11. Nikolas Kanales, 15. Erik Ramos, 16. Bruno Bertuççi, 22. Mahir Şükürov, 25. Cavid İmamverdiyev, 32. Elvin Yunuszadə.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 3. Saşa Yunisoğlu, 4. Tərlan Quliyev, 7. Rodriqinyo, 17. Araz Abdullayev, 19. Mirhüseyn Seyidov, 28. Emin Mehdiyev.