“Bu gün Azərbaycan cəmiyyətində Qarabağın işğal altında olunması ilə bağlı heç bir barışmazlıq əhval-ruhiyyəsi yoxdur”.
Bu sözləri “Vətəninfo.az” a açıqlamasında Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı bildirib. Onun sözlərinə görə, Qarabağla bağlı iş Şəhidlər Xiyabanını ziyarət etməkdən ibarət olmamalıdır:
“Qarabağ məsələsi gündəmdə olmaldır. Çox təəssüfki, hələlik bu məsələnin gündəmdə olduğunu hissetmirik. Boş-boş bəyanatlar verilir sadəcə olaraq”
20 ildir Qarabağın tacı olan Şuşanın işğalına dözmüşüksə , bu bizim üçün təhqirdir-deyən A.Nağının sözlərinə görə, müharibə başlamalıdır:
“Torpaqlarımızın 20 faizinin işğal altında qalması bizim üçün həlledici bir amildir. Müharibəyə başlamaq üçün heç nə gözləmək lazım deyil”.
QAT sədri onu da vurğuladı ki, Eurovision müsabiqəsi Azərbaycana vacib deyil:
“Azərbaycan hazırda Avropaya inteqrasiya dönəmini yaşayır. Avropa məkanında vuruşub, çarpışır özünü göstərməyə çalışır. Eurovision da üzdə olan yarışmalardan biridir. Azərbaycan ya təsadüfən, ya da nəyin gücünəsə Eurovisionda qalib gəldi. Həmin müsabiqədən istifadə olunub Azərbaycan həqiqətləri təbliğ olunmalıdır. Bura gələn qonaqlara Qarabağla bağlı həqiqətlər təqdim olunmalıdır. Qarabağ həqiqətlərindən bəhs edən materialar paylanmalı, kitablar verilməlidir”.
Hər şey Azərbaycanın istəyindən asılıdır deyən A.Nağının sözlərinə görə, bu gün Avropada qalib gəlmək istəyirlər və gəlirlər.
“Belə bir istək Qarabağ istiqamətinə yönəlsə çoxdan qalib gələrdik”.
Mirvari Nəcəf
Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi
QURU SƏRHƏDLƏR AÇILSA, QİYMƏTLƏR UCUZLAŞACAQ? - İqtisadçıdan AÇIQLAMA
Ağdamda İşğal və Zəfər Muzeyləri Kompleksinin tikintisini 43 milyona vergi borcu olan bu şirkət həyata keçirəcək
Ermənilər Şeyxi hədəfə aldı...
Səməd Vurğunun heykəlindəki kiril əlifbası niyə dəyişdirilmir? – Deputatdan çağırış
“Shaurma №1”-in sahibi Aqil Babayevə qarşı həbsdə çoxsaylı sui-qəsd cəhdlərinin ifşası: Natiq Sadıqovun məqsədi nədir?
Əli Kərimli ilə bağlı KRİTİK GÜN
“Barış üçün qapınıza gəlsələr, geri qaytarın” – Mirşahindən çağırış
“ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə İrana nüvə zərbəsinin endirilməsinə qərar verə bilər”.
“Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçdi
“Shaurma №1”-in sahibi Aqil Babayevə qarşı həbsdə çoxsaylı sui-qəsd cəhdlərinin ifşası: Natiq Sadıqovun məqsədi nədir?
“Barış üçün qapınıza gəlsələr, geri qaytarın” – Mirşahindən çağırış
“Ramiz Mehdiyev və Əli Həsənovun xalqdan oğurladıqları geri qaytarılacaqmı?”
Ermənilər Şeyxi hədəfə aldı...