Hakim Yeni Azərbaycan Partiyası (YAP) İcra Katibinin müavini,millət vəkili Siyavuş Novruzov partiyanın rəsmi internet saytına verdiyi müsahibəsində. Müxalifəti qəzəbləndirəcək açıqlamalar verməklə bərabər İranla bağlı da fikirlərini açıqlayıb.
Müsahibədə S.Novruzov bildirir ki Azərbaycanda kütləvi aksiyalar keçirmək üçün müəyyən yerlər ayrılıb.
“Bəs nə üçün həmin yerlərdə aksiyalar keçirilmir? Məgər Almaniyada, Böyük Britaniyada, Fransada və başqa ölkələrdə kim harda istəsə nümayiş, mitinq keçirə bilər? Qəti şəkildə yox. Amma biz heç nədən narahat deyilik. Biz görürük ki, Avropanın özündə də qanunsuz mitinqlərin qarşısını necə alırlar. Almaniyada, İngiltərədə və digər ölkələrdə belə aksiyaları atlarla, itlərlə, su şırnaqları ilə, gözyaşardıcı qazla dağıdırlar. Azərbaycanda isə qanunsuz mitinq iştirakçıları zorla özlərini polislərə sürtürdülər ki, fiziki güc tətbiq edilsin. Polis də insandır axı, onun da psixoloji durumu var. Amma bizim polislər çox sağ olsunlar ki, təmkinli olaraq heç kimə xətər toxundurmadan qanunsuz aksiyaların qarşısını alır. «Azadlıq» radiosunun saytında da açıq görünür ki, bəzi aksiya iştirakçıları zorla özünü yerə yıxır. Keçən il Böyük Britaniyada bir hadisə baş vermişdi və bir nəfər öldürülmüşdü. Bununla bağlı mitinqllər keçirilirdi. O zaman həmin dövlətin baş naziri çıxış edərək dedi ki, demokratiyanı məhdudlaşdırmaq və təhlkəsizliyi təmin etmək lazımdır. Maraqlıdır ki, onlar özlərinə rəva görmədiyini bizə məsləhət bilirlər. Bütün bunlar göstərir ki, Azərbaycana müəyyən xarici dairələr qərəzli yanışırlar. Bu qətnamənin qəbul olunması ölkəmizin inkişafına, ictimai-siyasi sabitliyə dözümsüzlük göstərən dövlətlərin mövqeyidir”. YAP rəsminin fikrincə söz azadlığı ilə bağlı ölkəmizdə belə bir probblem yoxdur.
”Bütün KİV-lər, o cümlədən müxalifət qəzetləri istədiklərini yazırlar. Avropa parlamentariləri nümunə kimi yaxşı olar ki, «Azadlıq» və «Yeni Müsavat» qəzetlərinə baxsınlar. Bu qəzetlərdə hakimiyyət nəinki tənqid olunur, hətta təhqir, böhtan baş alıb gedir. Həmin təşkilat «Azadlıq» qəzetinin bir aylıq nəşrlərinin monitorinqini aparıb görsün ki, hakimiyyət haqqında nə qədər şər-böhtan yazır, amma buna qarşı dözümlülük nümayiş etdirilir. Əgər söz, mətbuat azadlığı olmasaydı, bu yazılar yazıla bilərdimi?”. Millət vəkili iranın son zamanlar sərgilədiyi mövqeyədə münasibət bildirib və bildirib ki,İran vətəndaşları ölkəmizə gələndə elə bil cəhənnəmdən cənnətə düşürlər.
“Burada İranın Ermənistanla əlaqələri, erməni lobbisinin təsiri öz rolunu oynayır. İran vətəndaşları Azərbaycana gəlir və ölkəmizin inkişafını, yaşayış tərzini görür. Həmin vətəndaşlar sual edir ki, İranın nefti də, qazı da Azərbaycandan çox olduğu halda, nə üçün yaşayış səviyyəsi xeyli dərəcədə bu ölkədən aşağıdır? Bu gün İranda insan hüquqları ciddi şəkildə pozulur. Bu baxımdan, Azərbaycanın inkişafı İranda daxili vəziyyəti qarışdırır. İran vətəndaşları sərhədi bu tərəfə keçəndə yerlə göy qədər fərq görür və elə təsəvvür edir ki, cəhənnəmdən cənnətə düşüb. Bu insanlar da öz dövlətindən yaxşı yaşamasını tələb edir və təbii ki, bu da rejimi qıcıqlandırır. Digər məsələ ondan ibarətdir ki, İranın güclü dövlətlərə gücü çatmır. Məsələn, ABŞ-a, İsrailə, Avropanın inkişaf etmiş dövlətlərinə güc gələ bilmir. Ona görə də, müəyyən fikirlərini Azərbaycana qarşı hərəkətləri vasitəsilə onlara çatdırmağa çalışır. Baxmayaraq ki, Azərbaycan İrana qarşı həmişə ədalətli mövqe nümayiş etdirib. Ölkə Prezidenti bəyan edib ki, Azərbaycan ərazisindən İrana hərbi müdaxilə edilməsinə imkan verilməyəcək. Amma bunun müqabilində İranın hərəkətləri çox ədalətsizdir, nə Allaha, nə dinə, nə imana uyğun olan hərəkətlərdir. İran belə hərəkətləri ilə başına bomba tökülməsini sürətləndirir. Bu problemlərin qarşısını almaq, Azərbaycan kimi qonşusu ilə yaxşı münasibətlər yaratmaq əvəzinə, hadisələrdən nəticə çıxarmaq əvəzinə özü üçün çətinlikləri daha da dərinləşdirir. Oradakı ağıllı adamlar bu yanaşma tərzinin dəyişməsinə çalışmalıdır”.
Kənan