Vətəninfo.az xəbər verir ki, UEFA Avropa Liqasının play-off mərhələsinin cavab oyunları çərçivəsində təmsilçilərimiz "Qarabağ" və "Neftçi"nin keçirəcəyi oyunlara təyinatlar açıqlanıb. ANS PRESS-in AFFA-a istinadla verdiyi məlumata görə, "Tvente" (Hollandiya) - "Qarabağ" matçını İtaliyadan olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Paolo Silvio Mazzoleni olacaq. Ona Lorenzo Manganelli, Alessandro Petrella, Sebastiano Peruzzo köməklik edəcək. "Tvente" - "Qarabağ" matçı 28 avqust trixində saat 19:30-da "Enschede" Tvente stadionunda baş tutacaq. "Neftçi" - "Parizan" (Serbiya) matçını isə Avstriyadan olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Robert Schörgenhofer olacaq. Ona Matthias Winsauer, Roland Brandner, Dominik Ouschan köməklik edəcək. Bu oyun da 28 avqust tarixində keçiriləcək. Matç saat 21:00 Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
Vətəninfo.az
Ramiz Mehdiyev harada dəfn olunacaq?
Ramiz Mehdiyevin ailə üzvləri haqda sensasiya – Sıra onlara çatır?
Nazirin yanına gedəsən, əliboş qayıdasan, bu biabırçılıqdır! – Deputat
Aqil Abbas Məclisdə coşdu: “Niyə bizə ev verilməməlidir?”
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
"Qardaşlığımıza dinamit qoymaq istəyənlər var" - Ərdoğan
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib