"Rabitə" finala çıxdı

"Rabitə" finala çıxdı

Qətərin paytaxtı Dohada Bakının qadınlardan ibarət “Rabitə” voleybol klubu klublararası dünya çempionatında növbəti matçına çıxıb. Siasport.az saytının məlumatına görə, mundialın yarımfinal mərhələsi çərçivəsində “Rabitə” Türkiyənin “Fənərbaxça” komandası ilə qarşılaşıb. 
Azərbaycan voleybolçularının üstünlüyü şəraitində keçən oyunda “Rabitə” komandası 3:0 (25:18, 25:20, 25:16) hesabı ilə qalib gəlib. Bu qələbə ilə “Rabitə” komandası klublararası dünya çempionatının final mərhələsinə yüksəlib.
Final mərhələsində komandamız “Sollis Osasco” (Braziliya) klubu ilə qarşılaşacaq.
Xatırladaq ki, “Rabitə” ötən il klublararası dünya çempionatının qalibi olub.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az